Nazarbayev: "Azərbaycanın Zəfəri Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır"

Nazarbayev:
Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində sentyabrın 29-da paytaxt Nursultan şəhərində Qazaxıstan Respublikasının birinci Prezidenti Elbası - Nursultan Nazarbayev ilə görüşüb.

Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev Azərbaycanda gedən prosesləri diqqətlə izlədiyini bildirib. Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfərin bütün bölgə üçün, Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bir daha təbriklərini çatdırıb.

Nursultan Nazarbayev son 30 ildə Azərbaycanda aparılan abadlıq-quruculuq işlərini, iqtisadi tərəqqini, dövlət quruculuğunun müxtəlif sahələrində uğurla həyata keçirilən islahatları yüksək dəyərləndirib.

Xəbər lenti