Milli Şuradan bədnam müraciət: “Bakıya təzyiq edin...”
26 May 2022, 11:13
26 May
2022
11:13
637
Milli Şura beynəlxalq birliyi insan haqları mövzusunda rəsmi Bakıya qarşı daha tələbkar olmağa çağırıb. 14 may aksiyasını əllərində bayraq edib, dövləti beynəlxalq qınaq obyektinə çevirmək istəyirlər. Özü də belə vacib mərhələdə...
Azərbaycan dövləti hazırda beynəlxalq aləmdə nüfuzunu artırır, xüsusilə də Ermənistanla danışıqlarda çox həssas məqama gəlib çıxmışıq. Mayın 22-dəki məlum Brüssel görüşü, onun ardından Ermənistanda ortalığın qarışması, etirazların artması, Azərbaycan-Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə komissiyanın yaradılmasına dair Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları sərəncam, paraleldə yaradılan komissiyalar formatında ilk Ermənistan-Azərbaycan görüşünün keçirildiyi vaxtda Milli Şura adlı qurum beynəlxalq birliyi Azərbaycan dövlətinə qarşı tələbkar olmağa çağırıb. Azərbaycana sanksiyalar tələb etməyə belə hazır olan Milli Şura ən həssas dönəmlərdə hər zaman bu cür antimilli mövqeyi ilə seçilib.
Qurumun bu niyyəti növbəti dəfə ictimaiyyətdə kəskin etiraz doğurub.
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev MŞ-yə sərt ittihamlar səsləndirdi: "Onlar dövlətçiliyin, milli maraqların nə olduğunu heç bir zaman anlamayıblar, indi də anlamırlar və bundan sonra da anlamayacaqlar. Əli Kərimlinin zehniyyətində milli təəssübkeşlik anlayışı yoxdur. Uzun illərdir ki, uğursuzluq kabusu yaşadığı üçün özünü heç yerdə tapa bilmir, tamamlaya da bilmir, idarə edə də bilmir. Ona görə də hər cür riyakarlığa, rəzilliyə imza atır.
Elşən Musayev: "Bu həssas məqamda onların elədikləri rəzillikdir”
Milli Şuranın "dezertir” sədrini isə "Azad söz” kanalından savayı haradasa gördüm deyən yoxdur. Guya siyasətlə məşğul olur. Amma hansı siyasətlə, haranın siyasəti ilə? - bax məsələnin ən maraqlı tərəfi budur. Yığıb özü kimilərini ətrafına, nifrin püskürə-püskürə dünyanın o biri başından guruldayır. Amma cəsarəti yoxdur ki, meydana atılsın, ölkəyə qayıtsın, normal demirəm, heç olmasa yarımnormal siyasətçi kimi özünü aparsın, sözünü desin. İndi də beynəlxalq təşkilatlara müraciət ediblər ki, ay-haray, guya Azərbaycanda insan haqları pozulur. 14 may mitinqini də əllərində bayraq ediblər. Sual edirəm: nə baş verdi ki, həmin mitinqdə? O, ümumiyyətlə, mitinq idimi? Ən uzağı 20 nəfər olardı, ya olmazdı. Buna mitinqmi deyirlər? Baxmayaraq ki, həmin mənasız aksiya qanunsuz idi, amma Azərbaycan polisi yenə də maksimum səbrlə davrandı, ən xırda insident belə olmadı. Üstəlik, həbs yox, cəzalandırılan yox, dəyən yox, dolaşan yox. Bəs insan haqları harada pozuldu? Kim pozdu? Necə pozdu?
Özü də görün və baxın, hansı mərhələdir. Sülh müqaviləsi ərəfəsidir, Brüssel görüşündən dərhal sonradır. Bu qədər həssas məqamı yaşayırıq. Milli Şuranın 2-3 ünsüründən savayı hamı vətənin, xalqın, dövlətin yanındadır. Hamı qələbəmizə, qələbələrimizə sevinir, azarkeşlik edir. Hamı intizarla yekun gözləyir, hamı Prezidentin mükəmməl diplomatik gedişlərini dəstəkləyir. Amma Əli Kərimlinin yarıtmaz siyasi fəlsəfəsi, iyrənc cığallığı, təkəbbürü yenə ortalıqdadır. Adam rahatlaşmır. Ancaq şığıyır, gileylənir, deyinir, yanındakı Cəmil kimi, Gültəkin kimilərlə bərabər! Səbəb də budur ki, mövcud hakimiyyətin qələbəsini, uğurlarını həzm edə bilmirlər. Onlar Azərbaycanın xoş gününə sevinmirlər. Bunlar o antimilli ünsürlərdir ki, zamanında xaricdəki qəyyumları qarşısında hakimiyyətə gəlmək müqabilində Dağlıq Qarabağdan tamamən imtina etməyə hazır olmaları barədə şifahi razılığa əl qoyublar. Amma indi birdən-birə mələk cildinə girərək vətən sevdalısına, insan hüquqları carçısına, təəssübkeşinə çevriliblər. Bu vaxta qədər harada idiniz bəs? Səsiniz niyə çıxmırdı? Müharibə ərəfəsində də, gedişində də, sonrasında da ölkədəki bütün siyasi partiyalar bəyanat imzaladı, erməni vəhşiliyinə qarşı. Amma Əli Kərimli və Milli Şura orada da yox idi. İmza atmadılar. Uzaq durdular. Qısası, bu həssas məqamda Milli Şuranın elədikləri rəzillikdir".
Elçin Mirzəbəyli: "Bu mərhələdən sonra isə qrantın ikinci dalğası gələcək”
BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli hər şeyin kökündə Avropadan alınan qrantları görür: "Milli Şura layihə olaraq antimillidir və bu qondarma təsisatın bu gün həyata keçirdiyi missiya yaranışında nütfəsinə qoyulan xəyanətkarlığın, satqınlığın, dövlət və millət düşmənçiliyinin özünü növbəti dəfə büruzə verməsidir. Təbii ki, bu missiyanın təməlində həm də korporativ maraqlar dayanır. Məlum olduğu kimi, NED-də qrant ”dağlayırlar", bunlar da qoxusuna yığışıblar. Yəni NED-in elan etdiyi qrant "layihə”ləri əsasən insan haqları ilə bağlıdır. Və bu layihələrin bir hissəsinin də may ayında, həm də təcili həyata keçirilməsi planlaşdırılıb. Bunun üçün isə bəhanə yaratmaq lazım idi. "Bəhanə”ni 14 may aksiyası ilə yaratdıqlarını düşünürlər. İndi də ənənəvi ssenariyə uyğun olaraq, bəhanələrin "beynəlxalq insan haqları təşkilatları”nın hesabatlarında "rəsmiləşdirilməsi” mərhələsi başlayır. Bu mərhələdən sonra isə qrandın ikinci dalğası gələcək. Yeni heç nə yoxdur".
Züriyə Qarayeva: "İqtidar-müxalifət dialoqunun gücləndirilməsinə ehtiyac var”
Politoloq Züriyə Qarayeva iqtidar-müxalifət dialoqunun gücləndirilməsini vacib sayır: "Hesab edirəm ki, belə həssas mövzularda dövlətin maraqları şəxsi və hakimiyyət maraqlarından daha üstün tutulmalıdır. Əgər o insanlar fraksiyalarının adında daşıdığı kimi həqiqətən milli insanlardırsa, bu cür məsələlərdə dövlətin yanında olmalı, milli birlik nümayiş etdirilməlidir. Bu gün bizim hakimiyyətdən daha önəmli, suverenlik məsələmiz gündəmdədir. Cidd-cəhdlə yerdə qalan problemlərin diplomatik masada həll edilməsi üçün hakimiyyət tərəfindən maksimum səylər ortaya qoyulur. Belə bir mübarizədə ortaq olmaq, dəstək vermək elə həmin qüvvələrin də siyasi reputasiyalarına müsbət mənada təsir edər. Əlbəttə ki, müəyyən çatışmazlıqlar var və bu problemlərin həll edilməsi üçün iqtidar-müxalifət dialoqunun gücləndirilməsinə ehtiyac var. Deqradasiya ritorikası həmin qüvvələrə tarixə gömülməkdən başqa heçnə vəd etmir. Üstəlik bu problemlərin daxildə həll etməyi düşünmədən, beynəlxalq ictimaiyyətin diqqətini bu cür məsələlərə yönəltmək hansı milli mənafe kontekstinə sığır? Bu gün biz riyakar düşmən ermənilərin saxta təbliğatlarına qarşı bir yumruq kimi birləşib beynəlxalq arenada xalqımız və dövlətimiz barədə ədalətli mövqeyin formalaşması üçün birləşməliyik. Bu mübarizədə bizə mane olanlar bizdən deyil”./"Yeni Müsavat”
Xəbər lenti
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...