Milli Mətbuat Günü münasibətilə yerli və xarici media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub

18 İyul 2022, 20:36
18 İyul
2022
20:36
355
Milli Mətbuat Günü ərəfəsində - 2022-ci il 18 iyul tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yerli və xarici media nümayəndələrinin "Neft Daşları”na səfəri təşkil olunub.
Səfərdə, həmçinin Vətən müharibəsi iştirakçıları və veteran neftçilər iştirak ediblər.
"Neft Daşları”nda qonaqları Neft-qaz çıxarma idarəsinin rəisi Balaəli Cəfərov qarşılayıb.
İştirakçılar əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin "Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin adını daşıyan muzey ilə tanış olublar. Nümayəndə heyətinə Ümummilli Liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar haqqında məlumat verilib.
Daha sonra görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi və Xəzəri fəth edərkən dənizdə həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.
Vətən müharibəsi iştirakçısı Zahid Məmmədkərimov ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş neftçilərin abidə kompleksinin qarşısında həmkarlarının qəhrəmanlığından danışıb.
Səfər iştirakçıları daha sonra dünyada açıq dənizdə sənaye üsulu ilə qazılan ilk neft quyusu ilə tanış olub, onlara quyunun tarixi və istismar dövrü barədə məlumat verilib.
Nümayəndə heyəti, həmçinin Qaz Turbin İstilik Elektrik Stansiyasına səfər edib.
Media nümayəndələri ilə keçirilən görüşdə "Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov Milli Mətbuat Günü münasibətilə onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən qocaman neftçi, professor Alçın Şirinzadə müxtəlif vaxtlarda media nümayəndələri ilə görüşlərindən məmnunluqla danışıb.
Tədbir neftçilərin təqdimatında Milli Mətbuat Gününə həsr olunmuş konsert proqramı ilə yekunlaşıb.
Xəbər lenti
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
11:46Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
11:22Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
11:16Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
15:31Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
11:58Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
09:04“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
-
19:09“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
-
19:08Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
-
15:07Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
14:49Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Hacıqabulda vətəndaşları qəbul edib
-
14:08Ermənistan silahlı qüvvələrinin “Tor” ZRK-sının məhvedilmə GÖRÜNTÜLƏRİ - VİDEO
-
14:04“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
13:24“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ
-
12:28“SSRİ qanla bərpa ediləcək” iddiası - Putinin deputatını kim danışdırır?
-
18:01Yeni təhsil portalı fəaliyyətə başladı-Edutime.az
-
15:50Millət vəkili Ramil Həsən Ucarda növbəti xoşməramlı aksiyaya start verdi
-
15:01“Bilik günü” münasibəti ilə İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlara hədiyyələr təqdim olundu
-
18:58“Gətirdiyin, bəxş etdiyin demokratiya bax budur, əlahəzrət Amerika!”
-
15:01“Gənc Mülki Müdafiəçilər” düşərgəsinə yekun vurulub
-
09:30Hərbçimiz həlak oldu
-
16:58ASAN könüllülərindən növbəti səhnə işi
-
15:39ADAU-da 15 Sentyabr – Bilik Günü qeyd olunub
-
14:13QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşdi
-
11:25Jurnalistlərin məktəbə tələsən birinciləri
-
10:58Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
-
09:28Xocalı, Xankəndi, Xocavənd və Qarabağın digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar
-
19:53Hacıqabulda Aqrar İnnovasiya Festivalı keçirilib
-
15:35Taxıl biçininin təşkili ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
-
15:22“Sərgilədiyi namərdliklərlə heç nəyə nail ola bilməyəcək” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
-
11:31Heç bir qüvvə mədəniyyətin inkişafına xidmət edən prosesin qarşısında maneəyə çevrilə bilməz — TƏHLİL
-
11:12"YAŞAT" Fondu tələbə adını qazananlara bu il də dəstək göstərir
-
16:00Millət vəkili Qənirə xanım Paşayeva Fəxri Üzv seçildi
-
11:39Ucalığa darıxan Nicat...
-
11:00DTX dövlətlərarası şəbəkəni ifşa etdi: Ekstremist qruplara çatdırılan milyonlar...
-
17:56“Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov Xaçmazda vətəndaşları qəbul edib
-
15:34İranlı general Bakıdan Ermənistanı ittiham etdi - Tehranla əlaqələr düzəlir?
-
16:59“Mənim Yuri Qaqarin olmaq şansım daha çoxdur, nəinki sənin iqtidar olmaq şansın.” - DEPUTAT
21 Sentyabr 2023
20 Sentyabr 2023
19 Sentyabr 2023
18 Sentyabr 2023
17 Sentyabr 2023
16 Sentyabr 2023
15 Sentyabr 2023
14 Sentyabr 2023
13 Sentyabr 2023
12 Sentyabr 2023
11 Sentyabr 2023
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Ermənistan silahlı qüvvələrinin “Tor” ZRK-sının məhvedilmə GÖRÜNTÜLƏRİ - VİDEO
-
MANŞET, SOSİAL
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
-
MANŞET, SOSİAL
Əgər söhbət Heydər Əliyevdən gedirsə...
-
MANŞET, SOSİAL
“Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfrans keçirilib
-
MANŞET, SOSİAL
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib
-
MANŞET, SOSİAL
Türkiyənin ilk yerli elektromobili “Togg” İlham Əliyevə təqdim olundu - FOTO
-
MANŞET, SOSİAL
Əli Hüseynli: "İnam Kərimovun yüksək hüquqi təhsili, alim kimi elmi fəaliyyəti və dövlətçiliyə xidmətləri var"
-
MANŞET, SOSİAL
Prezident Laçına xüsusi nümayəndə təyin etdi
-
MANŞET, SOSİAL
Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür