Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
7NEWS.az xəbər verir ki, iyunun 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli iclasda 8 məsələnin müzakirəyə çıxarıldığını söyləyib.
Əvvəlcə, komitə üzvləri "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) nəzərdən keçiriblər. Layihədə bu qanuna 1.4-cü maddənin əlavə edilməsi təklif olunur. Əlavəyə əsasən, adıçəkilən qanunda "Azərbaycan Respublikasının səlahiyyətli orqanı” dedikdə, Azərbaycan Respublikasının Baş Prokurorluğu və müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulur. Sənəddə, habelə qanunun bir sıra maddələrində "müvafiq icra hakimiyyəti” sözləri "səlahiyyətli” sözü ilə əvəz edilir.
 
 
 
 

Xəbər lenti