“Mental arifmetika klubunun təşkili və davamlı inkişafı” Layihəsi

“Mental arifmetika klubunun təşkili və davamlı inkişafı”   Layihəsi
AR Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə” VI Qrant müsabiqəsinin qalibi olan və Bakı şəhər Nərimanov rayonu 212 №-li tam orta məktəb tərəfindən icra olunan "Mental arifmetika klubunun təşkili və davamlı inkişafı” layihəsi üzrə növbəti fəaliyyətlər həyata keçirilməyə başlamışdır. 
İlk olaraq onlayn öyrətmə platforması Khan Academy, onun ibtidai siniflər üçün əhəmiyyəti, texniki vasitələrlə ondan peşəkar istifadə, riyaziyyat, sürətli hesablamanın motivasiyasına aid stimullaşdırıcı sosial çarx (https://youtu.be/MvAxttL34ss) çəkilmiş və internet resurslarında yerləşdirilmişdir.
Təlim almış müəllimlərin və şağirdlərin praktik dərsləri üçün adı çəkilən 212 №-li tam orta məktəbə layihə çərçivəsində planşetlər və digər texniki vəsaitlər (qulaqlıq, modem) alınmış və qrafikə uyğun praktik məşğələlərə başlanmışdır. 
Layihə və onun fəaliyyətlərinin bütün mərhələləri sosial media, şəbəkələr və digər internet resurslarında requlay yayılmaqdadır. 
Sonda layihə iştirakçılarının davamlı şəbəkəsinin qurulması da nəzərdə tutulur. 




Layihənin PR xidməti
 
E-poçt: [email protected], [email protected], Tel.: 055 781 90 09
 

Xəbər lenti