Mehriban Əliyevanın tapşırığı ilə şəhid ailəsinin mənzil problemi həll olundu — FOTO

Mehriban Əliyevanın tapşırığı ilə şəhid ailəsinin mənzil problemi həll olundu — FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə daha bir şəhid ailəsinin mənzil problemi öz həllini tapıb. 

 7News.Az-ın xəbərinə görə, bu barədə "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb. 

 

Məlumatda deyilir: 

 

"Bu gün "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvü olan daha bir şəhid ailəsinin ölkənin birinci vitse-prezidenti Mehriban xanımın diqqəti və şəfqəti sayəsində mənzil problemi həll olunub. 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından, ailə ödənişi etməkdə çətinlik çəkirdi. Təşkilatımıza müraciət edən şəhidin həyat yoldaşı Vəfa xanım, himayəsində iki azyaşlı sağlıq problemləri olan övladının olduğunu və ipoteka ödənişini ödəməyə imkanı çatmadığını bildirmişdir. Biz, ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etdik. Müraciətimiz tez bir zamanda cavablandırılaraq ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənildi, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürüldü.


"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk. Hazırki koronavirus pandemiyası dövründə şəhid ailələrinin problemlərinə xüsusi həssaslıq və diqqət göstərmək, bizim dəyərlərimizə dövlətimiz tərəfindən verilən ən yüksək diqqətdir. Bu bir daha sübut edir ki, hər bir şəhid ailəsi tək deyildir, hər bir şəhid övladı əmanət olaraq qayğı və şəfqətlə qorunur.


Bizlərə, dəyərlərimizə sahib çıxdığınız üçün Sizlərə bir daha minnətdarıq!".

 

Xəbər lenti