MEDİA-nın departament direktoru: “Bu, yeni və ilk müsabiqədir ki, bütün media subyektləri iştirak edə bilərlər” - MÜSAHİBƏ
08 İyun 2021, 16:02
08 İyun
2021
16:02
788
Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədovun APA-ya müsahibəsi
- Çap mediası və onlayn media müsabiqələrinin ardınca bu gün Medianın İnkişafı Agentliyi tərəfindən fərdi jurnalist müsabiqəsi də elan edilib. Hansı şərtlər altında keçiriləcək bu müsabiqə və kimlər iştirak edə bilər?
Müşfiq Hətəmov "Space"in direktoru təyin olunub
Jurnalistlər Ağdamda erməni vandallığına məruz qalmış Qiyaslı məscidinə baş çəkib
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
- Bəli, bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi növbəti və sayca üçüncü "MEDİA - fərdi jurnalist müsabiqəsi” elan edib. Jurnalistlərimiz bu gündən başlayaraq iyun ayının 18-nə kimi müraciət edə bilərlər. Qeyd edim ki, bu, yeni və ilk müsabiqədir ki, bütün media subyektləri heç bir fərq qoyulmadan sərbəst şəkildə iştirak edə bilərlər.
Tələblər də olduqca sadədir. Jurnalistlərimiz müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materiallarını müsabiqəyə təqdim edə bilərlər. Ən vacib məqam və bu müsabiqənin fəlsəfəsi də məhz budur ki, bu dəfə jurnalistlərin son 3 ayda hazırladıqları materiallar qiymətləndiriləcək.
Başqa sözlə, bu şərt jurnalistlərimizin peşəkarlığının və məsuliyyətinin artırılmasını stimullaşdıracaq ki, onlar növbəti müsabiqələrdə iştirak üçün hər zaman keyfiyyətli kontent istehsal etməkdə maraqlı olsunlar.
Bir məqamı da qeyd edim ki, müsabiqədə ştatlı müxbirlərlə yanaşı hətta ştatdankənar müxbirlər də iştirak edə bilərlər ki, bu isə onların da fərqlənməsi üçün xüsusi imkan və şəraitin yaradılması deməkdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, tələb olunan sənədlərin siyahısı da azaldılıb. Jurnalistlər sadəcə müraciət formasını doldurmalı, şəxsiyyət vəsiqəsinin surətini, jurnalist vəsiqəsinin surətini, bank rekvizitlərini və müvafiq materialı təqdim etməlidirlər.
- Müsabiqəyə hansı nominasiyalar üzrə materiallar təqdim oluna bilər?
- Çap mediası və onlayn media subyektlərində, yəni qəzetlərdə və veb-saytlarda işləyən jurnalistlər son 3 aylıq dövr ərzində dərc olunmuş yazılarını 10 nominasiyadan yalnız biri üzrə müsabiqəyə təqdim edirlər. Məsələn, ən yaxşı reportaj, ən yaxşı ictimai-siyasi təhlil, ən yaxşı idman reportajı, ən yaxşı jurnalist araşdırması və s. Bədii publisistika janrında yazan jurnalsitlərimiz isə ən yaxşı köşə yazısı və ya ən yaxşı oçerk nominasiyalarında iştirak edə bilərlər. Televiziya və radio jurnalistlərimiz isə son 3 ayda yayımlanmış və həcmi maksimum 5 dəqiqə olan süjetlərini onlar üçün nəzərdə tutulan 5 və ən əsası isə çap və onlayn mediasından fəqli nominasiyalar üzrə təqdim edəcəklər. Bunlar ən yaxşı ictimai-siyasi reportaj, ən yaxşı iqtisadi reportaj, ən yaxşı sosial, habelə mədəniyyət və idman reportajları nominasiyalarıdır.
- Müsabiqə çərçivəsində ilk dəfə olaraq operatorların da iştirak edə biləcəyi bildirilir. Onların iştirakı necə qiymətləndiriləcək?
- Bunu xüsusi ilə vurğulamaq istərdim ki, indiyədək bu tip müsabiqələrdən kənarda qalan operatorların əməyi ilk dəfə olaraq məhz bu müsabiqə çərçivəsində qiymətləndiriləcək. Çünki audiovizual materialların hazırlanması yalnız yazı ilə deyil, həm də videogörüntü ilə ərsəyə gəlir. Bu səbəbdən operatorların zəhmətini qiymətləndirməmək doğru olmazdı və Agentlik bu məsələdə də ədalətli mövqe nümayiş etdirdi. Materialların qiymətləndirilməsinə gəlincə, proses Agentliyin cəlb etdiyi 3 müstəqil ekspert tərəfindən həyata keçiriləcək və yekunda çap və onlayn media subyektlərində çalışan jurnalistlər üçün nəzərdə tutulan 10 nominasiyanın hər biri üzrə 5 jurnalist, televiziya əməkdaşları üçün isə nəzərdə tutulan 5 nominasiyanın hər biri üzrə 2 jurnalist və həmin jurnalistlərin süjetinin hazırlanmasında iştirak etmiş 2 operator olmaqla ümumilikdə 4 nəfər qalib müəyyən ediləcək. Qalib jurnalistlərin hər biri 700 manat, operatorların hər biri isə 350 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılacaqlar. Yəni, toplamda bu müsabiqə çərçivəsində ümumilikdə 70 media nümayəndəsinin mükafat qazanmaq şansı var. Onların hər birinə MEDİA-nın rəhbərliyi adından uğurlar arzulayır və müsabiqədə aktiv iştirak etməyə dəvət edirik.
- Jurnalistlərin peşəkarlığının artırılmasına dair layihələrin təşkil edilməsi davam etdiriləcəkmi?
- Bəli, bu proses davam etdiriləcək. Agentliyin nizamnaməsinə və "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na əsasən jurnalistlərin mükafatlandırılması və peşəkarlığının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlər davamlı şəkildə həyata keçiriləcək. Azərbaycan mediasının inkişafına, media sahəsində mütəxəssislərin hazırlanması, onların peşəkarlığının artırılması, media sənayemizin müasir dövrün tələblərinə cavab verməsi üçün MEDİA Agentliyi layihələrini davam etdirəcək.
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"