Ölkənin ən böyük gənclər festivalı başa çatdı - FOTOLAR

Ölkənin ən böyük gənclər festivalı başa çatdı - FOTOLAR
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən, bu il mərhələli şəkildə 750 gəncin iştirak etdiyi "Yay Fest” yekunlaşıb.
Şamaxı Astrofizika rəsədxanasında "Ulduzlara doğru” devizi ilə bir ay ərzində keçirilən festival "Tələbələr”, "İnnovasiya və Sahibkarlıq”, "Vətənpərvərlik”, "Könüllülər” və "Karyera və İnkişaf” mövzularında baş tutub.
Düşərgələrin hər birində iştirakçılar Şamaxı rayonunda yerləşən Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dövlətçilik, Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı təlimlərə qatılıblar. Festival iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin mahiyyəti və gənclərə yaratdığı imkanlar barədə geniş məlumatlandırılıblar. Festival müddətində gənclər düşərgə ərazisində hazırlanmış əyləncə sahələrində asudə vaxtlarını keçirib, mövzulara uyğun interaktiv təlimlərə qatılıb, qonaq qismində iştirak edən müxtəlif sahələrdən olan məşhur simalar və bloqerlərlə görüşlərdə iştirak ediblər. Gənclərin Vətən müharibəsinin iştirakçıları olan qazilərlə görüşləri keçirilib, peşəkar təlimçilərin hərbi-vətənpərvərlik və şəxsi inkişafla bağlı təlimlərinə cəlb olunublar. Həmçinin, iştirakçılar üçün Buğurt qalası və Çuxuryurd gölünə səfərlər təşkil olunub, onlar Astrofizika rəsədxanası ilə yaxından tanış olublar. Hər günün sonunda kino axşamları və məşhur ulduzlarla konsertlər təşkil edilib. 
Təəssüratlarında unudulmaz xatirələr, möhkəm dostluqlar və dəyərli təcrübələr qazandıqlarını bildirən festival iştirakçıları, düşərgə boyunca keçirdikləri əyləncəli və maarifləndirici anları aktiv formada sosial media hesablarında paylaşıblar.
Qeyd edək ki, düşərgənin təşkili və keçirilməsi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar müəyyən etdiyi qayda və tövsiyələr nəzərə alınmaqla, yalnız COVİD-19 pasportu olan şəxslərin iştirakı təmin olunub.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Cavan” İctimai Birliyinin təşkilatçılığı ilə bu il "Ulduzlara doğru” şüarı ilə keçirilən festivalın gənclərin istəyi ilə növbəti il də keçirilməsi planlaşdırılır.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

Xəbər lenti