Laçın rayonundan olan, ölkə Prezidenti tərəfindən 5 medalla təltif edilən 22 yaşlı şəhid Etibar Nəcəfov
44 gün davam edən Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Uzun müddət vətən həsrəti çəkən soydaşlarımız artıq öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Təbii ki, doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi bizə asan başa gəlmədi, bu müqəddəs yolda qəhrəman əsgər və zabitlərimiz öz canlarını fəda etdilər.
Belə qəhrəman igidlərimizdən biri şəhid Nəcəfov Etibar Mehman oğludur. Etibarın valideynləri Laçın rayon Şeylanlı kənd sakinidirlər. 1992-ci ildə Laçın rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Etibarın valideynləri Ağcabədi rayonu Aran kəndinə gəliblər və burada müvəqqəti məskunlaşıblar. Etibar 1998-ci il 14 noyabrda bu kənddə dünya göz açıb.
Etibar uşaq vaxtından idmana böyük maraq göstərib, karate və kikboksla məşğul olub, bir sıra nailiyyətlər qazanıb.
Orta məktəbi bitirdikdən sonra Etibar 2017-ci ildə müddətli hərbi xidmətə yollanıb. Xidmətini Gəncə şəhərində, daha sonra isə Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Kəşfiyyat bölmələrində təlimlər keçib, ön xətdə göstərdiyi xidmətlərinə görə fəxri fərmanla təltif edilib. 2018-ci il 2 iyul tarixində ordu sıralarından təxris olunub. Etibar Nəcəfov hərbi xidmət zamanı, eyni zamanda mülki həyatda öz nizam-intizamlılığı ilə seçilərək ətrafındakı insanların böyük hörmət və rəğbətini qazanmışdır. Etibarı cəsarətli, mərd və qorxmaz biri olaraq onu tanıyanların yaddaşında qalıb.
Etibar Nəcəfov 27 sentyabr 2020-ci il tarixində ordumuz tərəfindən başladılan əks-həmlə əməliyyatlarından sonra buna biganə qalmayaraq ölkəmizin müdafiəsi naminə könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə bir neçə dəfə müraciət etsə də çağırılmayıb. Dövlət Xidmətinən geri qayıtdıqdan bir neçə saat sonra ona zəng edilib və orduya çağırılıb.
Məhz elə 1 oktyabrdan Etibar döyüş bölgəsinə-Vətənin müdafiəsinə yollanır. Həqiqi hərbi xidmətini o bölgələrdə keçmiş, xüsusi təlimlər almış Etibar döyüşlərin qızğın getdiyi bir vaxtda müharibəyə qoşulur. Etibarın döyüş yoldaşları onun qəhrəmancasına vuruşmağından, cəsarətindən, qorxmaz və dönməzliyindən ürək dolusu danışırlar. Məhz onun bu cəsarəti və dəmir iradəsi onu Qubadlıya qədər aparmışdır. Etibarın döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı uğrunda olmuş, o böyük qəhrəmanlıq və igidlik göstərmişdir.
Etibar sonuncu dəfə atası Mehman Nəcəfovla telefonla danışır. Atası ondan vəziyyəti və harada olmasını soruşduqda o, irəli gedirik və gizlin şəkildə və sözlərlərlə atasına Qubadlı istiqamətində olduğunu deyir. Atasının bundan sonra hara gedirsiz sualına Etibar "Allah qoysa qayıdanda deyərəm, heç bir narahatçılıq yoxdur, torpaqlarımızı da tezliklə düşmən tapdağından azad edəcəyik” deyir. Son cümləsi isə "Anama deyin narahat olmasın” olur.
Etibar Qubadlı uğrunda gedən doyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.
Etibar Nəcəfov Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda” medalı, həmçinin "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
Digər xəbərlər
-
FACİƏ
“Şuşaya bayrağı özüm sancacam”- Şəhid Nurlanın adına bulağın AÇILIŞ MƏRASİMİ / VİDEO
-
FACİƏ
Şəhid və qazi adından istifadə edən təxribatçılar ifşa edildi – MİNGƏÇEVİRDƏ BAŞ VERƏNLƏRİN TƏFƏRRÜATI
-
FACİƏ
Səfir Qüdsi Osmanovla bağlı şok video yayıldı: AZYAŞLILARI ZORLAMA, QƏTL, SİLAH ALVERÇİLƏRİ İLƏ ƏLAQƏ - VİDEO
-
GÜNDƏM, FACİƏ
Rusiya Jurnalistlər İttifaqı Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verib
-
FACİƏ
Kəlbəcərdə jurnalistlərin minaya düşmə görüntüləri - ANBAAN VİDEO
-
MANŞET, FACİƏ
Mart qırğını - Ermənilərin şəriklərinin vəhşi planı
-
FACİƏ
Şamaxıda Heydər Əliyev Mərkəzində “Xocalı harayı” adlı tədbir keçirilib
-
FACİƏ
Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilib - MİNGƏÇEVİRDƏ
-
GÜNDƏM, FACİƏ
Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”