"Kimə lazımsan axı sən, Tural Sadıqlı?"- Deputatdan "söyüş müxalifəti"nə sillə kimi sözlər...

"Qabil, Vidadı, Tural Sadıqlı kimi yaramazların Azərbaycan məhkəmələrində əli qandallı, cücə obrazında ifadə verəcəkləri gün uzaqda deyil. İndi şir cürəti almaqlarına fikir verməyin, bax o zaman eynən söylədiyim kimi, quzu da yox, məhz cücə siması alacaqlar. Bu adamlar rəzilliyin kubudir, özüdür, rəsmidir, rəmzidir. Belələri söyüşdən yoğrulub, söyüşlə bəslənib, söyüşlə bələnib. Ağızlarından üfunət qoxur. Tərbiyəsizliklərini ifadə etməkdən, göstərməkdən utanmırlar. Çünki utananası yerləri qalmayıb, çünki simasızlıq həyat fəlsəfələrinə çevirilib, çünki ləyaqətlərini hərraca qoyublar"- 7NEWS.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev xaricdə yaşayan  və anti-milli fəaliyyətləri ilə tanınan "söyüş müxalifəti"nin üzvləri haqda danışarkən söyləyib.

"Neçə gündür Tural Sadıqlı adında ünsür bar-bar bağırır ki, guya buna sui-qəsd hazırlanıb. Oysa, adama sual verən lazım: Kimsən axı sən? Kimə lazımsan axı sən? Niyə özünü bu qədər böyütməyə çalışırsan? Sənin qarışqa, hörümçək qədər dəyərin yoxdursa kim sənə əl bulayar, kim səndən qısas alar? Səni Allah vurub da, bəndə niyə vursun ki?

Mən əvvəllər bir neçə dəfə Milli Məclis tribunasından söyləmişdim ki, hüquq- mühafizə orqanları bu yaramazların hamısına qiyabi də olsa cinayət işi açmalıdır. Və bildiyim qədərilə həmin cinayət işləri çoxdan açılıb. Eyni zamanda düşünürəm, ölkədəki siyasi aktivlər "söyüş müxalifəti"nə qarşı səssiz qalmamalıdır, onları qınaq obyektinə çevirməlidir. Təbii, bu fikirlərim Vidadi İsgəndərliyə "dəyərli ziyalımız" deyən Əli Kərimli kimi nankorlara, Tural Sadıqlı ilə Londonda siyasi-karaoke oxuyan Cəmil Həsənli kimi vicdansızlara aid deyil. Mən vətənini sevən, millətin dəyərini biıən siyasətçilərdən danışıram və məhz onlara müraciət edirəm: Siyasi fikirlərimiz fərqli ola bilər, amma "söyüş müxalifəti" nə qarşı hamı birləşməlidir, bu yaramaz qrup görməlidir ki, onlar qınanır, onlara hamı nifrət edir, onları hamı "blok"a qoyur.

Bu məsələyə münasibətdə Siyasi Partiyalardan da həssaslıq gözləyirəm və hesab edirəm birgə bəyanata imza atmalıyıq, "söyüş müxalifəti"nin cəm olduğu, qərarlaşdığı ölkələrə, xüsusən onların hüquq-mühafizə orqanlarına müraciət etməliyik, bu anti-milli ünsürlərin bütün sferalarda ifşasına nail olmalıyıq"- deyə millət vəkili fikirlərinə davam edib.

Xəbər lenti