Kərim Vəliyevin Baş Qərargah rəisi kimi ilk görüntüsü (FOTO)

Kərim Vəliyevin Baş Qərargah rəisi kimi ilk görüntüsü (FOTO)
Xəbər verdiyimiz kimi, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanmaq üçün ümumqoşun poliqonlarından birində olublar.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev yeni vəzifəsində ilk dəfə bu tədbirdə iştirak edib.

Xatırladaq ki, iyulun 23-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.
 

 

Xəbər lenti