"Jirinovskinin əsas məqsədi Azərbaycan-Rusiya-Türkiyə münasibətlərini korlamaqdır" - Deputat (ÖZƏL)

7NEWS.az xəbər verir ki, bu sözləri millət vəkili İlham Məmmədov Jirinovskinin son açıqlamasına münasibət bildirərkən deyib: ""Vladimir Jirinovski kimi siyasət kuklalar tarix boyu ancaq şeytan əməlləri ilə gündəmə gəliblər. Bu siyasi kloun Türkiyə-Rusiya, Rusiya-Azərbaycan və Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyəyə çatdığı məqamda iş başına keçir və sərsəm fikirlər irəli sürür. Görünən odur ki, Jirinovski nə Azərbaycan xalqının, nə də prezident İlham Əliyevin dəmir iradəsinin gücünə bələd deyil. Heç bir qüvvə Azərbaycanla hədə-qorxu dilində danışa bilməz. Azərbaycan regionun ən güclü dövləti və diqtə edən tərəfidir. Bu mənada, hesab edirəm ki, bu adam Rusiya siyasi cameəsinin üz qarasıdır və Vladimir Putinin siyasi imicini ləkələməklə məşğuldur. Azərbaycan xalqı 44 günlük müharibədə öz kimliyini ortaya qoydu. Bundan sonra Jirinovski kimi klounların verdiyi sərsəm açıqlamaların heç bir siyasi, mənəvi və hüquqi yükü yoxdur. Burada məqsəd Azərbaycan-Rusiya-Türkiyə münasibətlərini korlamaqdır. Bu da heç bir halda mümkün olmayacaqdır" 

Xəbər lenti