İslam İnkişaf Bankının nümayəndə heyəti “ASAN xidmət”də

İslam İnkişaf Bankının nümayəndə heyəti “ASAN xidmət”də
11 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının (İİB) Türkiyə regional ofisinin rəhbəri Valid Abdelvahabın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş çərçivəsində qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən "ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, Səyyar ASAN xidmətin təşkili və Dövlət Agentliyi tərəfindən sosial innovasiyalar sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Həmçinin görüş zamanı tərəflər Dövlət Agentliyi ilə İİB arasında cari ilin mart ayında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində Bankın "Reverse Linkage” mexanizmi vasitəsilə ölkəmizin "ASAN xidmət” modelinin təşkilata üzv dövlətlərdə tətbiqi məqsədilə aparılan işlər barədə geniş fikir mübadiləsi aparıb.

Eyni zamanda İİB-nin Türkiyə regional ofisinin rəhbəri "ABAD” konsepsiyasında maraqlı olduğunu və bu istiqamətdə Dövlət Agentliyi ilə əməkdaşlığı dərinləşdirilmək niyyətini ifadə edib.

Qonaqlar "ASAN xidmət” mərkəzinin, "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin və "Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

 





Xəbər lenti