İpək Yoluna Dəstək Qrupu ATƏT PA-nın rəsmi strukturuna çevriləcək
04 İyun 2020, 12:24
04 İyun
2020
12:24
1354
İyun ayının 3-də ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun "Post-COVID dövründə iqtisadiyyatın yenidən canlandırılması üçün nəqliyyat və ticarətin sadələşdirilməsi ilə bağlılığın artırılması: ATƏT PA-nın rolu nədən ibarətdir?" mövzusunda onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclası giriş nitqi ilə açan Qrupun sədri, ATƏT PA-nın vitse-prezidenti və ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev koronavirus pandemiyası dönəmində belə bir görüşün keçirilməsinin əhəmiyyətini vurğulayaraq üzv ölkələrin bu platformadan istifadə edərək yeni iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etməsinin əhəmiyyətini qeyd edib.
COVID-19 böhranı şəraitində nəqliyyat və ticarət prosedurlarının sadələşdirilməsinin vacibliyini iştirakçıların nəzərinə çatdıran Qrupun sədri bu prosesdə ATƏT PA-nın, İpək Yoluna Dəstək Qrupunun və üzv dövlətlərin parlamentlərinin prinsipial rol oynadığını deyib.
A.Quliyev vurğulayıb ki, görüşün gündəliyində Qrupun fəaliyyəti ilə bağlı bir sıra təşkilati məsələlər də əksini tapıb. Belə ki, ATƏT PA-nın Prezidenti Georgi Tsereteli və Baş katib Roberto Montellanın 29 may 2020-ci ildə keçirilən ATƏT PA-nın Büro iclasında irəli sürdükləri təklifə əsasən Qrupun statusunun yüksəldilməsi və ATƏT PA-nın rəsmi strukturuna çevrilməsi məsələsi də müzakirə olunacaq. Belə bir təşəbbüsə görə ATƏT PA-nın Bürosuna minnətdarlığını bildirən Azay Quliyev bildirib ki, Qrupun ATƏT PA-nın Xüsusi (ad hoc) Komitə statusunu alması üzv dövlətlər arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinin əsasını qoyacaq.
Daha sonra prezident G. Tsereteli və Baş katib R. Montella çıxış edərək Qrupun 3 il ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətəndirdiklərini və onun ATƏT PA çərçivəsində Xüsusi (ad hoc) Komitə statusunu alması məsələsi ilə bağlı fikirlərini bildiriblər. Onlar Qrupun Xüsusi Komitə qismində fəaliyyətinin davam etdirməsinin effektiv addım olacağına inandıqlarını vurğulayıblar.
Onlayn konfransa məruzəçi qismində qatılan ATƏT-in İqtisadiyyat və Ətraf Mühit fəaliyyətləri üzrə əlaqələndirici Daniel Krus çıxış edərək deyib ki, COVID-19 pandemiyası hazırkı logistika sisteminin zəifliyini göstərərək milli və regional səviyyələrdə sıx əməkdaşlığa olan ehtiyacı üzə çıxardı. Avstriyanın "Rail Cargo” şirkətinin İdarə Heyətinin üzvü Tomas Paleçek çıxış edərək COVID-19 pandemiyası dövründə təmsil etdiyi qurumun həyata keçirdiyi nəqliyyat və logistik layihələr haqqında və Avrasiyada yerləşən İpək Yolu üzərindəki dəmir yolu nəqliyyatının hazırkı durumu barədə məlumat verib.
Görüşdə qurumun 2021-2022-ci illərdə keçiriləcək beynəlxalq konfransları ilə bağlı müzakirələr də aparılıb. ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2020-ci ilin aprelində keçirilməsi nəzərdə tutulan, lakin COVID-19 pandemiyası səbəbi ilə təxirə salınan 4-cü Beynəlxalq İstanbul Konfransı 2021-ci ilin aprelinə keçirilib. Onlayn görüşdə ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun üzvlüyünə müraciət etmiş Qazaxıstan və Macarıstanın nümayəndə heyətlərinin quruma qoşulması məsələsinə baxılıb və qəbul olunub. Beləliklə, yeni nümayəndə heyətlərinin quruma qoşulması ilə Qrupa üzv ölkələrinin sayı 27-yə çatıb.
Sonda ATƏT PA-nın vitse-prezidenti Lord Piter Bouness, İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi, Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Nabi Avcı, ATƏT PA-nın Siyasi məsələr və təhlükəsizlik üzrə ümumi Komitəsinin sədr müavini Kostel Nikulayi Dunava çıxış edərək gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirib.
İclasda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikasının Avstriyadakı səfiri Qalib İsrafilov və Azərbaycanın ATƏT-dəki missiyasının müavini Rövşən Sadıqbəyli iştirak edib.
7News.Az
Xəbər lenti
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR