Heydər Əliyev müasir Azərbaycanın qurucusu, banisidir - TƏHLİL
"Dünyadakı bütün xalqların əlverişli tarixi şəraitdə milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qorumaq fürsəti əldə etməsi tarixi şəxsiyyət fenomeninin fövqəladə missiyası ilə şərtlənir.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib: "XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Çoxları bizə qibtə edirdi ki, dahi Heydər Əliyev kimi liderimiz var. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərinin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Xatırlatmaq yerinə düşər ki, o, Sovet İttifaqı kimi nəhəng bir dövlətdə yüksək vəzifədə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdi. Hələ Sovetlər dönəmində Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrü keçirirdi, cəmiyyətin bütün təbəqələrində fasiləsiz inkişaf, irəliləyiş ruhu hökm sürürdü. Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı. Hər kəsə məlumdur ki, 1993-cü ilə qədər Azərbaycanda durum heç də ürəkaçan deyildi. Azərbaycan dövlətinin təhlükə altına qalmasına baxmayaraq, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə gəldi. Əgər Ulu Öndər Heydər Əliyev o zaman hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqilliyi təhlükə altında qalardı. Oxşar cəhət isə ondan ibarətdir ki, Ümummilli Lider Heydər Əliyev yenə də əvvəlki tükənməz gücü ilə Azərbaycanı qurub-yaratmağa başladı. Çünki bu dəfə söhbət Ulu Öndər Heydər Əliyevin arzuladığı müstəqil Azərbaycanın qurulmasından gedirdi. Onun yenidən hakimiyyətə qayıtması Azərbaycanın qurtuluşu idi. Azərbaycanı dünyanın müxtəlif bölgələrindən tanımağa başladılar, Ulu Öndər ölkəmizin problemlərini dünyaya çıxartdı. Bu mənada, 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının qızıl bir səhifəsidir. Ulu Öndər Heydər Əliyev müstəqil dövlət qurdu və bu dövləti beynəlxalq aləmdə ən yüksək səviyyədə tanıtdı. Dahi şəxsiyyətimiz 10 illik 1993-2003-cü illər ərzində Prezidentlik fəaliyyəti dövründə Azərbaycanın maraqları naminə xüsusi tədbirlər həyata keçirdi. Bu illərdə Azərbaycan sosial,iqtisadi, ictimai, siyasi eləcə də digər bütün sahələr üzrə uğurlu inkişaf yolu keçdi. Atəşkəsin imzalanması ilə acı müharibəyə və işğala son qoyuldu. Əsrin müqaviləsi kimi böyük layihələrin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafına verilmiş ən böyük töhfə oldu. Ölkənin vahid qanunvericilik sistemi Konstitusiyası yaradıldı. İnsan hüquq və azadlıqlarına verilmiş ən böyük dəyər kimi ölüm hökmü ləğv edildi. Demokratik prinsiplər əsasında Milli Məclis və Bələdiyyə seçkiləri keçirildi. Ölkəmizdə əldə edilən bütün bu uğurlar məhz dahi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan böyük inkişaf yolu keçir və eyni zamanda beynəlxalq nüfuz sahibidir. Qürurla qeyd etməliyik ki, Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik erməni işğalına son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı "məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və "Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.Azərbaycan bu gün Dahi Heydər Əliyevin ideyaları və Müzəffər Prezidentimizin qətiyyətli,güclü siyasəti nəticəsində ən yüksək hədəflərə çataraq, böyük uğurlara imza atmaqda davam edir.”
"Milli Liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında və eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "İqtisadiyyatın bərpa və inkişafı üçün yaxın dövrdə nəzərdə tutulan tədbirlər ilə yanaşı strateji proqramlar və layihələrin işlənin hazırlanmasına və reallaşmasına başlanıldı. Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül qısa zamanda aradan qadırıldı. Starteji baxış iqtisadi tənəzzülün qısa zamanda aradan qaldırılmasına, liberal iqtisadi islaharlar yolu mülkiyyət münasibətlərinin yeni mərhələyə qədəm qoymasına, sənaye, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın fərqli sektorlarında islahatların dərinləşməsinə səbəb oldu. MDB məkanında ilk dəfə olaraq torpaq islahatı, yeni mülkiyyət növlərinin formalaşması və inkişafı, sosial ədadlət və təmin sistemin formalaşması və gücləndirilməsi və eləcə də Azərbaycanın dayanıqlı inkişafa nail olunması üçün xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımıar atıldı. Bu islahatlar starteji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı. Qısa müddət sonra, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqaviləsi imzalandı. Milli liderin uzaqğörən siyasəti nəticəsində ərsəyə gələn bu anlaşma Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin qorunub saxlanması xüsusi rola malik olmaqla uzunmüddətli dövrdə ölkənin valyuta ehtyatlarının formalaşmasına töhvə verməkdədir. Həmin dövrdə formalaşdırılan enerji siyasəti bu müqavilə ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevrdi. Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geo-siyasi faktora çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhvə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanin müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi. Ölkə iqtisadiyatının ən uzunmüddətli tənnəzzül prosesi dayandırıdı və 1995-ci ildən başlayaraq tərəqqi meylləri müşahidə edildi. Əgər ölkə iqtisadiyatı 1995-ci ildə 11.8% kiçilmişdisə 1996-cı ildə 1.3% artım dərin depresiyanın sonu oldu. Göründüyü kimi, Milli Liderin hakimiyyətə gəlişindən sonra iqtisadi tənəzzülün qarşısı alınmaqla yanaşı, davamlı iqtisadi inkişaf bərpa olundu. Ümummilli Lideri dərin hörmət və minnətdarlıqla anırıq.”
"Heydər Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. O, bu xalqın xilaskarıdır. O, bu millətin Öndəridir. Heydər Əliyevin yürütdüyü düzgün və məqsədyönlü siyasət Azərbaycanı daim təlatümlərdən, bəlalardan qoruyub. 1993-cü ilin 3 oktyabrında keçirilən seçkilər, onun nəticələri əslində Azərbaycan xalqının gələcək taleyini müəyyən etdi və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə yeni dövr başladı. Bu, gerçək inkişaf dövrü idi. O inkişaf ki, bu günə qədər qüvvədədir və məlum strategiya möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük məharətlə, uğurla davam etdirilir”
Bu sözləri 7NEWS. az-a açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev deyib.
"Heydər Əliyev böyük dühadır. Heydər Əliyev müasir Azərbaycanın qurucusu, banisidir. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun adı, xatirəsi Azərbaycan var olduqca qəlblərdə yaşayacaq.
Tanrı Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Heydər Əliyev ideyalarının əsas prioriteti olan güclü, qüdrətli, müstəqil Azərbaycan daim yaşasın, var olsun” –deyə millət vəkili fikirlərinə davam edib.
Cavid Məhərrəmov
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.9
Xəbər lenti
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
Digər xəbərlər
-
MANŞET
Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
MANŞET
Prezident Rusiyada səfərdədir (FOTO)
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SOSİAL
Prezident bu gənclər üçün mükafat ayırdı (SİYAHI)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET
“Azərsığorta” ləğv edildi –FƏRMAN