Heydər Əliyev Mərkəzində “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub
İyunun 13-də Heydər Əliyev Mərkəzində Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən "Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilindəki nəşrinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Respublikası Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovdur.
Nəşrdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həyat yolundan, xalqı və dövləti naminə apardığı mübarizədən bəhs olunur.
Kitaba ön sözü Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıb.
Nəşrdə Prezident Nursultan Nazarbayevin şəxsi arxivindəki sənədlər və şəkillər yer alıb.
Əvvəlcə Nursultan Nazarbayev haqqında "Zamanla seçilmiş” adlı sənədli film nümayiş etdirilib.
Sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Beynəlxalq Türk Akademiyasının prezidenti Dаrxаn Kıdıralı, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov çıxış ediblər.
Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan dövlətinin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə Qazaxıstan nümayəndə heyəti üzvlərinin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edildiklərini diqqətə çatdırıb və onları bu münasibətlə təbrik edib.
Əli Həsənov çıxışında Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrindən, eyni taleyi yaşayan xalqlarımızın həyatında liderlərin danılmaz rolundan danışıb. Qazaxıstan-Azərbaycan əlaqələrinin hər zaman yüksək səviyyədə olduğunu vurğulayan Əli Həsənov bildirib ki, ulu öndər Heydər Əliyev Nursultan Nazarbayevlə çox yaxın dost olub. Dostluq əlaqələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazaxıstan ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir.
"Filmdə də gördüyünüz kimi, Nursultan Nazarbayev adi bir dövlət başçısı deyil, Qazaxıstanın müasir tarixini yaradan və ölkənin gələcək inkişafının təməlini qoyan şəxsiyyət və liderdir”, - deyən Prezidentin köməkçisi bildirib ki, ötən ilin dekabr ayında Azərbaycan nümayəndə heyəti Qazaxıstanda ulu öndər Heydər Əliyev haqqında qazax dilində kitabın təqdimatını keçirib və ölkənin çoxsaylı KİV-lərində həmin kitab haqqında müfəssəl məlumat verilib.
Nursultan Nazarbayevin də türk dünyasının liderlərindən biri olduğunu deyən Əli Həsənov kitaba yazdığı "Ön söz”də onu ulu öndər Heydər Əliyevlə müqayisə etdiyini, hər iki liderin hakimiyyətlərinin xarakteristikasını verdiyini diqqətə çatdırıb. "Bizim hər birimiz iki əsrin qovuşuğunda türk dünyasının iki qardaş elinin - Azərbaycan və Qazaxıstan tarixinin ən vacib mərhələsində məhz belə şəxsiyyətlərin siyasət meydanına çıxmalarının, təmsil etdikləri xalqların milli azadlıq hərəkatına rəhbərlik etmələrinin, öz ölkələrini mürəkkəb geosiyasi proseslərdən məharətlə çıxarmalarının, daha yaxşı gələcək naminə zərgər dəqiqliyi ilə işlənmiş milli inkişaf konsepsiyalarını həyata keçirmələrinin əyani şahidiyik”, - deyə Əli Həsənov vurğulayıb.
Azərbaycan dövlətinin təşəbbüsü, Prezident Administrasiyasının təşkilatçılığı ilə ərsəyə gələn kitab Azərbaycan oxucusunu Nursultan Nazarbayevin bütün fəaliyyəti və liderlik keyfiyyətləri ilə tanış edir. Əli Həsənov bundan əvvəl Nursultan Nazarbayevlə bağlı Azərbaycan dilinə üç kitabın tərcümə edildiyini xatırladaraq deyib: "Mən kitabın "Ön söz”ündə Nazarbayevi müasir Qazaxıstan dövlətinin banisi kimi xarakterizə etmişəm, ölkələrimizin SSRİ-nin süqutundan sonrakı dövrünün müqayisəsini aparmışam. Qazaxıstan müstəqilliyini bərpa edəndən sonra heç də yaxşı vəziyyətdə deyildi. Belə bir vəziyyətdə Nursultan Nazarbayev yeni dövlət qurmalı idi. Qazaxıstanın sərhədləri də, filmdən göründüyü kimi, həssas vəziyyətdə idi və istənilən vaxt problem yarana bilərdi. Belə bir şəraitdə milli dövlət qurmaq, başqa xalqların nümayəndələrində narazılıq doğurmadan qazax dilini dövlət dili elan etmək olduqca çətin məsələ idi. Bunu Nazarbayev bacardı: ölkədə milli həmrəylik pozulmadı, xalqlar bir-biri ilə dost və qardaş kimi yaşadı. Nursultan Nazarbayev qazax xalqına sahib çıxdı. Qazax xalqı da öz növbəsində ana dilinə və milli mədəniyyətinə sahib çıxdı. Bunu yalnız Nursultan Nazarbayev kimi uzaqgörən siyasi xadim edə bilərdi”.
Prezidentin köməkçisi deyib ki, "Nursultan Nazarbayev. Həyat yolu” kitabını vərəqləyən hər kəs türk dünyasının yetişdirdiyi liderlər haqqındakı biliklərini zənginləşdirəcək və böyük dərs alacaq.
Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı "Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatını iki qardaş ölkə arasında böyük dostluğun davamı kimi dəyərləndirib. Azərbaycan və qazax xalqları arasında əlaqələrdən danışan nazir qeyd edib ki, ortaq milli-mənəvi dəyərlər xalqlarımızın birliyini və iki ölkə arasında əlaqələri, dostluğu yaşadan amillərdəndir. Diqqətə çatdırıb ki, kitabda Nursultan Nazarbayevin həyat və fəaliyyəti ilə yanaşı, XX və XXI əsrlərdə Qazaxıstanın keçdiyi inkişaf yolundan da bəhs edilir.
Nəşrin əhəmiyyətindən danışan AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, türk dünyasının böyük şəxsiyyətləri - Heydər Əliyev və Nursultan Nazarbayev milli maraqların təmin olunması, xalqların rifahı naminə əllərindən gələni ediblər. Onlar həm də yaxın dost olaraq ölkələrimiz arasında əlaqələri ən yüksək səviyyəyə çatdırıblar. Bu ənənə indi də davam etdirilir. "Bu kitabın məziyyətlərindən biri onun quru publisistikadan, xronikallıqdan uzaq olması və maraqlı bir dillə yazılmasıdır. Necə deyərlər, onu birnəfəsə oxumaq mümkündür”, - deyə Akif Əlizadə vurğulayıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı qeyd edib ki, bu kitab həm də Nazarbayev irsini araşdıranlar üçün dəyərli mənbədir.
Milli Məclisin deputatı Cavanşir Feyziyev qeyd edib ki, təqdimatı keçirilən kitab təkcə həyat hekayəsi deyil, qardaş qazax xalqının məişətindən tutmuş ictimai-siyasi, mədəni, iqtisadi mühitini bütün özəllikləri ilə əhatə edən bir əsərdir. Müəllif qazax xalqının həyat tərzini, arzu və istəklərini, qarşılaşdığı çətinlikləri, qazandığı nailiyyətləri obyektiv təsvir etməklə, faktiki olaraq Qazaxıstanın müasir tarixinin salnaməsini yaradıb.
Kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Мahmud Kasımbekov vurğulayıb ki, "Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşri ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. "Bu, bizim ilk birgə layihəmiz deyil. Bundan əvvəl Astanada Heydər Əliyev haqqında qazax dilində kitabın təqdimatı olub. Belə layihələr münasibətlərimizin daha da genişlənməsinə xidmət edir”, - deyə Mahmud Kasımbekov bildirib.
Tədbir Qazaxıstan incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Xəbər lenti
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)