Hərbi ekspert Azərbaycanın hücum silahları almasının məqsədini açıqladı
"Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində verdiyi müsahibələrdə ordunun inkişafı, Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttindəki vəziyyətə dair geniş fikirlərini açıqladı. Nazir bəzi məqamlara dair ilk dəfə olaraq fikir bildirdi. Ümumilikdə Müdafiə naziri ordu ilə bağlı cəmiyyəti maraqlandıran bütün suallara faktlar əsasında cavab verdi”.
Bunu "Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Ekspert bildirib ki, Zakir Həsənov 2013-cü ildən orduda başlayan islahatlara toxunaraq son 7 il ərzində Azərbaycan Ordusunun yenilənməsi - peşəkar və müasir ordular sırasına daxil olması üçün görülən işləri açıqlayıb və prosesin bu gün də davam etdiyini vurğulayıb: "Bununla nazir cəmiyyətdə yaranan suallara aydınlıq gətirdi. Zakir Həsənovun açıqladığı faktlar isə düşməni narahat etməyə bilməz. Erməniləri narahat edən ordumuzun müasir hücum silahları ilə silahlanmasıdır. Məsələn, Müdafiə naziri bildirib ki, Azərbaycan təkcə Rusiyadan və İsraildən hər biri ayrı-ayrılıqda 5 milyard ABŞ dolları həcmində silah və texnika alıb. Habelə müdafiə sənayesi sektorunda dünyanın ən yaxşı şirkətlərinin məhsullarının alınmasına prosesi isə indi də davam etdirilir. Bu, vacib faktdır və Müdafiə nazirinin cəmiyyət qarşısında bu rəqəmləri açıqlaması ərazilərimizi işğal altında saxlayan Ermənistana ciddi ismarıcdır. Nazir bununla Azərbaycanın hərb qüdrətinin Ermənistandan qat-qat yüksək olduğunu açıq şəkildə dünyaya bəyan etdi və bu müasir silahların düşməni məhv etmək üçün onların mövqelərinə tuşlandığına işarə etdi. Ən vacib məqam isə ordunun birmənalı şəkildə hərbi əməliyyatlara tam hazır olmasının bəyan edilməsi idi. Zakir Həsənov müsahibəsində bir neçə dəfə Azərbaycan Ordusunun 2015, 2016, 2018-ci illərdə erməni hərbi birləşmələrinə qarşı uğurlu əməliyyatlarını xatırladaraq bu cür zərbələrin davamlı olacağını istisna etmədi”.
R.Məmmədlinin fikrincə, Müdafiə nazirinin qoşunların təmas xətti boyunca manevr imkanlarının güclənməsinə dair fikirləri də qarşı tərəfdə narahatlıq yaradıb: "Ordumuzun son illərdə hücum silahlarına üstünlük verməsi də Zakir Həsənovun çıxışında hiss olunmaya bilməzdi. Ordumuzun son illərdə əldə etdiyi silah və texnikaların təyinatı hücum xarakterlidir və qısa müddətdə düşməni məhv edərək ərazilərimizin işğaldan azad edilməsinə hesablanıb. Müdafiə nazirinin fikirlərindən də belə qənaətə gəlmək olur ki, Azərbaycan Ordusunun ərazilərimizin işğaldan azad olunması üçün başlayacağı hərbi əməliyyatlar müasir döyüş təcrübəsinə əsaslanacaq. Ermənilər Dağlıq Qarabağın ətrafında yerləşən və işğal altında saxladıqları rayonları özləri üçün guya bufer zona sayırlar. Nazirin son açıqlamaları ilə düşmənin bu iddiası alt-üst oldu. Hesab edirəm ki, Zakir Həsənov bu müsahibəsində açıq və dolayısı ilə bildirdi ki, "bufer zona" Ermənistan Ordusunu məğlubiyyətdən xilas etməyəcək”.
Hərbi ekspert vurğulayıb ki, ordunun şəxsi heyətinin koronavirus pandemiyasından qorunması istiqamətində həyata keçirilən tədbirlər də təqdirəlayiqdir: "Virusun vüsət almaması üçün tədbirlərin davam etdirilməsi sevindiricidir”.
Xəbər lenti
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
Digər xəbərlər
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT
Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY