"Goranboy Meliorasiyya su təsərufatı idarəsinin “rəisi” İlqar Məhərrəmov əhaliyə zülm edir" - ŞİKAYƏT


Bu sözləri 7NEWS.az-a ünvanladığı şikayətdə rayon sakini, iş adamı Verdiyev Arzu deyib. Şikayəti olduğu kimi təqdim edirik: "Möhtərəm Şəxslər və cənab Pirezident!

Bununla Sizə bildiririk  ki, yaşadığımız və torpaq mülkiyyətçisi olduğumuz Goranboy rayonunda  Meliorasiyya su təsərufatı idarəsinin "rəisi” İlqar Məhərrəmov  tərəfindən  əhaliyə zülüm edilir.
Süni surətdə su gəlməyə  imkan verilmir. Dövlətə  sahələrin təbii çay suyu və texniki vaistələr ilə suvarılması barədə ” hesabatlar” verilir  (Dövlətdən görülməyən işlər üçün vəsait qoparmaq üşün) bu da fiktivnidir,saxtadır, maxinasuyadır. İlqar Məhərrəmov tərəfindən qohumbazlıq, yerlibazlıq kimi əməllər adi həyat tərzidir. Belə ki,  idarədə kiritik vəzifələrə yerlilərini və əlaltılarını yerləşdirməklə idarədə əsil bazar açıb. ASC-tərəfindən idarəyə göndərilən nasoslar,ehtiyat hissələri və digər avadanlıqlar satılır. Su gələndə də ən azı 20 qatı  baha qiymətə satılır. Bununda bir hissəsi maxinasiyanın ört- bastır edilməsinə, qalan hisəsi isə İlqar Məhərrəmovun  varlanmasına, gəlib gedənin yola verilməsinə sərf edilir.Bu pozuntu hallarını müvafiq  Dövlət  orqanları qarşısında qaldırdığımıza görə illərdi bizim yaşadığımız ərazi və sahələrimizi təbii çay suyundan  məhrum edib və əhaliyə qarşı hər cür təxribat edir.
İdarəyə dövlət tərəfindən  verilmiş  avadanlıqlar şəxsi əmlak olaraq istifadə edildiyindən biz yüksək miqdarda pul ödəməyə məcbur oluruq. Dövlətə məxsus  avadanlıqlar, aqreqat, ekskavator,kran və digər yardımlar təyinatına uyğun olmayaraq  şəxsi əmlakı olaraq xaltura məqsədi ilə istifadə olunur  vəsaitlər mənimsənilir.                                   
SİZLƏRDƏN bu yazdığımız faktları araşdırılımasını təmin edib Goranboy rayonunu bu qanun tanımaz,korupsiyaya bulaşmış  Melarasiyya və su təsərüfatı idarəsinə "rəhbərlik” edən şəxsdən qurtarmanızı xahiş edirik!"
 

Xəbər lenti