“Gətirdiyin, bəxş etdiyin demokratiya bax budur, əlahəzrət Amerika!”
16 Sentyabr 2023, 18:58
16 Sentyabr
2023
18:58
235
"ABŞ bu həqiqəti kar qulaqlarına sırğa etsin: İlham Əliyev Paşinyan deyil!”
Bəli. Zaman yetişdi. Hətta o məqama qədər yetişdi ki, artıq həddini bilməyən bütün buqələmunların, riyakarların, xəyanətkarların ünvanı kvartalına, binasına, blokuna, mənzilinə qədər dəqiq göstərilməlidir!
Üstəlik, aydın olan budur ki, Qərb deyib keçdikcə, abstrakt danışdıqca, bütün yaramaz icraatların başında ABŞ-nin dayandığını açıq formada söyləmədikcə qarşımızdakı düşmən daha da aqressivləşir, bütün qırmızı xətləri keçir və özünü sözün gerçək anlamında "axırıncı yola” qoyur!
Dünyanı labirint halına gətirən, yüz illər boyunca öz məkrli siyasətini həyata keçirməyə çalışan Amerika indi də Azərbaycanı növbəti hədəfləri içində görməkdə, bizlərə qarşı qərəzli fəaliyyət planı həyata keçirməkdədir. Və söhbət o Amerikadan gedir ki, 30 il boyunca torpaqlarımız işğal altında ikən cınqırığını da çıxarmayıb, ATƏT-in Minsk Qrupunun həmsədri kimi səssiz qalıb, turist moduna girib, yetərincə təsir imkanı olan BMT-nin qarşısında qətnamələrin icrası üçün tələb qoymayıb, Ukraynaya verdiyi dəstəyin yarımca faizini Azərbaycana verməyib, demokratiya adı altında bütün dünyanı daş-qalaq edib, "Soros”a oksigen verib, FETÖ-nu dünyaya gətirib, İŞİD-in surraqat anası olub!
Veriləsi suallar, deyiləsi sölzər isə"n” qədərdir.
Məsələn. Sənin üçün insan haqları və ümumilikdə bəşər insanının taleyi bu qədər maraqlıdırsa, o zaman ölkəsində hər şeyi öz vətəndaşına az qala pulsuz peşkəş edən Qəddafi niyə linç olundu, Səddam niyə asıldı?
Nüvəni dünya tarixində ilk və son dəfə kim atıb, ay Amerika? Özün. Və başqa heç kim. Amma İraqı nüvə ittihamı ilə məhvə sürüklədin, 1 milyon insanı qətl etdin və axırda da həmin nüvəni tapammadın.
Alver predmeti sonucunda ələ keçirdiyin Çauşeskunun devrilməsini indiyə qədər demokratiya təntənəsi kimi qələmə verirsən. Amma bir həftə əvvəl Rumıniyada keçirilən sorğunun nəticələrinə nəzər yetir. Yetir və utan! Əhalinin düz 79, 8 faizi Çauşesku dövrünə qayıtmaq istəyir və "əgər xanımı ilə bərabər güllələnən liderimiz sağ olsaydı səsimizi ona verərdik” – deyir.
Daha bir sorğu isə Liviyada keçirilib və gizlin səsvermədə əhalinin nə az-nə çox, düz 99 faizi növbəti Prezident kimi Qəddafinin oğlunu görmək istədiklərini bildiriblər.
Gətirdiyin, bəxş etdiyin demokratiya bax budur, əlahəzrət Amerika!
***
Türkiyəni 2016-cı ildə İraqın, Liviyanın gününə salmaq üçün nəinki əlindən gələni, hətta gəlməyəni belə etdin. Qoca Fətullahın əli ilə oyun oynadın. Planlı çevriliş düzənlədin. Mediada, dövlət müəssisələrində, hərbi qurumlarda uzun illər boyunca yetişdirdiyin agentlər vasitəsilə hücuma keçdin, dünyanın 3-cü gücü kimi meydana çıxan bir ölkəni gec olmadan sıradan çıxarmağa çalışdın. Amma Ərdoğana gücün çatmadı. Türk dünyasının böyük lideri sındırdı səni. Diz üstə çökdürdü. Məhv etdi. Səni də, qotur Fətullahını da.
Və bu, ilk böyük fiaskon idi!
İndi isə gözün yeni ov axtarır. Paşinyan əl uzadıb deyə sevincək olmusan. Elə bilirsən, biz də Ermənistan-filanıq. Ona görə qarmaq atırsan. Öz aləmində qətnamə çıxarmaqla, mənasız Senat müzakirələri ilə, satın aldığın Qubad tipli siyasi bomjların müdafiəsi üzərindən Azərbaycana təsir etməyə çalışırsan. Fəqət, paralel xətdə çox vacib məqamı unudursan: Seçdiyin metodlar, sərgilədiyin təzyiq vasitələri Azərbaycan üçün ağcaqanad vızıltısı effektindən o yana məna kəsb etmir. Yəni, heç kimsən bizim üçün. Yoxsan. Havasan. Məchulsan. Sabun köpüyüsən. Üstəlik, bir həqiqəti də kar qulaqlarına sırğa elə: İlham Əliyev Paşinyan deyil. İlham Əliyev sənin gözünə Paşinyan kimi görünməsin. İlham Əliyevi Paşinyan qədər həfifə alma.
Möhtərəm və möhtəkirin fərqini gec olmadan anla...
Elşən Musayev, Milli Məclisin deputatı.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat