"Ermənistan hər zaman olduğu kimi yenə səhv, yanlış yoldadır" - ÖZƏL AÇIQLAMA


Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilmişdir. 
Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir. Ermənistanın bu addımını necə dəyətləndirirsiniz? 
Ermənistanın təxribatı ilə bağlı 7NEWS.az-a münasibət bildirən millət vəkili Elşən Musayev düşmənin yeni reallıqları qəbul etmədiyini deyib: "Ermənistan hər zaman olduğu kimi yenə səhv, yanlış yoldadır və hələ də fərqində deyil ki, proses belə davam edəcəyi halda başı üzərində növbəti "dəmir yumruq"u görəcək. Bu namərdlər, bu terrorçular, bu riyakarlar hələ də anlamırlar ki, artıq müharibə bitib, artıq uduzublar, darmadağın olublar, məhv olublar və bundan sonra nə təxribat törətsələr öz başlarında çatlayacaq, özləri rüsvay olacaq, özləri rəzil duruma qalacaq. 

Azərbaycan hər zaman olduğu kimi bu gün də güclü olan və diktə edən tərəfdir. Azərbaycan yalnız öz işğal altında olan torpaqlarını düşmən tapdağlndan azad edib və bununla da münaqişə sonuclanıb. Amma əgər Ermənistan məlum reallığı dərk etmirsə və təxribatlarına davam edəcəksə, bunun ermənilər üçün çox ağır nəticələri olacaq. Konkret olaraq son atəşkəs razılaşmasının pozulması ilə bağlı isə bunu deyə bilərəm ki, həmin addım Ermənistanın nə qədər namərd, mənfur, qorxaq və iki üzlü olmasının növbəti göstəricisidir. 

Hazırda həssas bölgədəki vəziyyət tam olaraq Azərbaycan sərhədçilərinin və ordusunun nəzarətindədir. Qəhrəman əsgərlərimiz düşməni hər bir vəziyyətdə susdurmağa və onlara layiq olduqları cavabı verməyə hazırdırlar. Bizim igidlərimiz Azərbaycanın hər qarışını göz bəbəkləri kimi qorumağa qadirdirlər.

Xəbər lenti