Ermənilər Kəlbəcərin kəndində yeni istirahət mərkəzi açdılar — FOTOLAR

Ermənilər Kəlbəcərin kəndində yeni istirahət mərkəzi açdılar — FOTOLAR

İyunun 2-də Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Bako Saakyan Azərbaycanın  27-ci ildir işğal altında qalan Kəlbəcər rayonu ərazisində yeni istirahət mərkəzinin açılış mərasimində iştirak edib.


ShushaPost xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.  


"Ari Rezort” adlı kurort zonası  Kəlbəcərin "Nor Qetaşen”("Yeni Çaykənd”) adlandırılmış kəndlərindən  birində  təşkil edilib. 


B.Saakyan açılış mərasimindəki çıxışında bu kompleksin  rejim ərazisində turizmin inkişafı üçün böyük stimul yaratdığını vurğulayıb.(Moderator.az)

 

Xəbər lenti