Erməni təxribatı nəticəsində ölənlərdən üçü uşaq olub - RƏSMİ

Erməni təxribatı nəticəsində ölənlərdən üçü uşaq olub - RƏSMİ

27 sentyabrdan etibarən Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutulur. Mülki əhaliyə qarşı törədilən cinayətlər davam edir.

7news.Az-ın müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş prokurorluğunun mətbuat katibi Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.

 

O bildirib ki, bu günə olan son məlumata görə, mülki əhali arasında 5-i qadın, 3-ü uşaq olmaqla 24 nəfər mülki şəxs həlak olub:

"121 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 30-u qadın, 7-si uşaqdır”.


Xəbər lenti