Erməni silahlı qüvvələri Tovuz istiqamətində mövqelərimizi atəşə tutub - RƏSMİ

Erməni silahlı qüvvələri Tovuz istiqamətində mövqelərimizi atəşə tutub - RƏSMİ
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xəbər lenti