Elşən Musayev: Şuşa Bəyannaməsi ilə bağlı siyasi partiyaların birgə bəyanatı yüksək həmrəylimizin nümayişidir

Elşən Musayev: Şuşa Bəyannaməsi ilə bağlı siyasi partiyaların birgə bəyanatı yüksək həmrəylimizin nümayişidir
Şuşa Bəyannaməsinin imzalanması ilə bağlı ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanatı yüksək həmrəylimizin nümayişidir. Bu bəyanat çox gözəl təşəbbüsdür və son dərəcə məntiqli, dövlətçiliyimizə, milli maraqlarımıza uyğun bir addımdır.

Bunu AZƏRTAC-a açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev deyib.

Partiya sədri vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar bundan əvvəl 44 günlük Vətən müharibəsi dövründə də həmrəylik nümayiş etdirərək, dövlətin, ordunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarını bildirdilər. Çünki Qarabağ məsələsi milli məsələ idi, bütövlükdə Azərbaycan xalqın məsələsi idi. Şuşa Bəyannaməsi ilə bağlı siyasi partiyaların birgə bəyanatının verilməsi də vacib idi: "Bəzən siyasi düşüncələrimiz, fikirlərimiz fərqli ola bilər. Bu mümkün və normaldır. Amma harada söhbət milli məsələdən, milli təəssübkeşlikdən və milli təhlükəsizlikdən gedirsə, həmin məqamda hamı bərabər olmalıdır, hamı bir yumruq kimi birləşməlidir. Bu mənada siyasi partiyaların bu mövqeyini alqışa layiqdir”.

Elşən Musayev qeyd edib ki, Şuşa Bəyannaməsi iki qardaş dövlət üçün yeni yol xəritəsidir və Azərbaycan-Türkiyə birliyinin, bütövlüyünün, bərabərliyinin növbəti nümunəsidir.

Xəbər lenti