“ƏDALƏTSİZLİYİN 30 İLİ” ADLI BEYNƏLXALQ ANIM TƏDBİRİ KEÇİRİLİB
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində 26 fevral 2022-ci il tarixində Bakı Konqres Mərkəzində "Ədalətsizliyin 30 ili” adlı beynəlxalq anım tədbiri keçirilmişdir. Hibrid formada baş tutan tədbirdə dövlət rəsmiləri, ölkəmizdə təhsil alan xarici və yerli tələbələr, diplomatik korpus nümayəndələri, Xocalı soyqırımı şahidləri, gənclər təşkilatlarının nümayəndələri iştirak etmiş, həmçinin ölkəmizin 55 regionundan və Türkiyənin 81 vilayətindən mindən çox gənc onlayn şəkildə tədbirə qoşulmuşdur.
Tədbirdən öncə iştirakçılar dünya şöhrətli fotojurnalist Reza Deqatinin Xocalı soyqırımından dərhal sonra lentə aldığı, Xocalı faciəsinin dəhşətlərini əks etdirən foto-sərgi ilə tanış olmuşlar. R.Deqati ziyarətçilərə fotolar barədə məlumat vermiş, gənclərin suallarını cavablandırmışdır. Bakı Konqres Mərkəzində, həmçinin, digər yerli və xarici fotoqrafların çəkdiyi, Xocalı soyqırımını əks etdirən şəkillər də nümayiş olunmuşdur.
"Xocalıya ədalət” kampaniyasının xüsusi stendində kampaniya tərəfindən soyqırımı həqiqətləri ilə bağlı nəşr edilmiş çoxsaylı kitab, buklet və broşurlar, maarifləndirici təbliğat materialları, həmçinin kampaniyanın loqosu və şüarları əks olunan təbliğat materialları gənclərə nümayiş olunmuşdur.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev və Türkiyə Gənclər Fondunun direktoru Enes Eminoğlu bildirdilər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilən soyqırımı nəticəsində bir gecədə 106 qadın, 63 uşaq, 70 ahıl insan olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, 1994-cü ildən etibarən 26 fevral "Xocalı Soyqırımı Günü” kimi yad edilməsi qərara alınmışdır.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı ordumuzun qazandığı tarixi qələbə nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyulsa da, ədalətin bərpası uğrunda mübarizə bitməyib. Xüsusilə informasiya məkanında erməni yalanlarının ifşa edilməsi, xalqımıza qarşı törədilən ağır beynəlxalq cinayətlər barədə dünya ictimaiyyətinin maarifləndirilməsi öz aktuallığını saxlayır. Bu xüsusda, gənclərin üzərinə düşən minimum vəzifə "Xocalıya ədalət” Beynəlxalq Kampaniyasının təqdim etdiyi materiallardan istifadə etməklə, soyqırımı həqiqətlərini dünyaya çatdırmaqdır.
Daha sonra, Xocalı qurbanlarını lentə alaraq vizual tarix yaddaşı yaradan tanınmış fotojurnalist Reza Deqhatinin "khojalywitness.org” adlı yeni saytının təqdimatı keçirilmişdir. Dörd dildə fəaliyyətə başlayan saytın əsas məqsədi şahidlərin və qurbanların fotolarını əks etdirərək qanlı tarixi yaşatmaq, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.
Tədbirin bədii hissəsində peşəkar aktyorlar tərəfindən Xocalı sakinlərinin üzləşdiyi qəddarlığı əks etdirən tamaşa nümayiş etdirilmişdir. Tamaşa zamanı arxa fonda yerləşdirilən monitorda yaşananları əks etdirən real fotolar tamaşaçılarda kədərli emosiyalar yaratmışdır.
Tədbirin yekununda yerli və xarici tələbələrin iştirakı ilə "Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsi” mövzusunda panel müzakirə baş tutmuşdur. Paneldə iştirak edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Daxili İşlər Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Elnur Aslanov, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev, ADA Universitetinin siyasi elmlər və iqtisadi nəzəriyyə üzrə professoru Kavus Abuşov Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsi mövzusunda müzakirələr aparmış və gənclərin suallarını cavablandırmışlar.
Xatırladaq ki, "Xocalıya Ədalət” Kampaniyasının əsas məqsədi Xocalı soyqırımına beynəlxalq səviyyədə müvafiq siyasi-hüquqi qiymətin verilməsi, ədalətin təmin olunması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsindən ibarətdir.
Xocalı soyqırımı ilə bağlı məlumatları istifadə edən zaman Kampaniyanın rəsmi veb-saytına (https://justiceforkhojaly.org/) istinad edilməsi tövsiyə olunur. Bununla yanaşı, Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə məlumatları, həmçinin tədbirin keçirilməsinə lazimi dəstək ilə bağlı müraciəti [email protected] elektron poçt ünvanına göndərmək mümkündür.
Xəbər lenti
-
13:45Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
SOSİAL
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SOSİAL
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SOSİAL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SOSİAL
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb