Deputatın xanımı qalmaqallı videodan danışdı: Qızımı məndən almaq istəyirlər
06 İyul 2021, 10:04
06 İyul
2021
10:04
883
Milli Məclisin deputatı Ramil Həsənlə Vəkillər Kollegiyasının sədr müavini arasında yaşanan insidentlə bağlı video sosial şəbəkələrdə böyük qalmaqala səbəb oldu. Məsələ nədi, söhbət nədən gedirdi, deputatın videosu hansı məqsədlə çəkilib yayılmışdı? Bunları Ramil Həsənlə əlaqə saxlayıb detallı öyrəndik. Məlum oldu ki, deputatın həyat yoldaşının əvvəlki evlilikdən altı yaşlı qızı var və uşağın atası onu anasından almaq üçün məhkəməyə müraciət edib. Ramil bəyin xanımı Katya Həsənlə görüşdük, o, suallara ətraflı aydınlıq gətirdi.
Katya xanım, nə baş verir?
Altı ildi göz bəbəyim kimi baxdığım, böyütdüyüm qızımı atası məndən almaq istəyir.
Bunu niyə etsin? Əvvəl də buna cəhd edib?
Yox, əvvəl yəni Ramil bəylə evliliyimə qədər cəhd etməyib. Üç il qızımı tək böyütmüşəm, ailəmin bacımın, anamın köməyi ilə. O isə biz ayrılandan sonra hökumətdə təmsil olunan bir ailənin qızı ilə evlənib. Həmin qadının uşağını övladlığa götürüb. Mən onun həmin qadınla münasibətini öyrənəndə biz bir yerdə yaşayırdıq, artıq hamilə idim. Qadınlıq qürurum yol vermədi, öz evimizə geri döndüm. Ramil uzun illər Moldovada işləyib. Onunla tanış olduğumuz vaxtdan qızımın atası başladı bizi izləməyə. Hardasa kafedə otururduq, mühafizəçiləri gəlib Ramilə hədə-qorxu gəlirdilər. Məndən və qızımdan uzaq durmasını deyirdilər. Mən Ramildən heç nə gizlətməmişəm. Tanışlığımızın ilk günlərindən ona problemli bir "atamız” olduğunu demişdim. O isə geri çəkilmədi, qorxmadı, bizi qorudu. Ramil millət vəkili seçiləndən sonra Bakıya köçməyi planlaşdırırdıq. Qızımın atası da bunu təxmin edirdi. Uşağı məndən almaq üçün məhkəməyə müraciət etdi və Moldova məhkəməsi onun xeyrinə qərar çıxartdı. Mən də uşaqlarımı götürüb Azərbaycana köçdüm. Artıq ikinci övladım oğlum da doğulmuşdu.
İcazə sənədi olmadan uşağı sərhəddən necə keçirdiniz?
Bizdə valideynin rəsmi icazə sənədi tələb edilmir. Ona görə də əngəlsiz uçub Bakıya gəldik.
Məhkəmə hansı əsasla uşağın ataya verilməsi qərarını çıxardı?
Qərarda yazılıb ki, ananın ikinci övladı olduğu üçün birinci uşağa baxmağa vaxtı qalmır deyə, uşaq ataya verilsin. Siz belə bir absurd əsas eşitmisiz? Mən işləmirəm, uşaqlarımın ikisinə də bütün vaxtımı ayırıram. Ailə şəraitimiz yaxşıdı, sıxıntımız yoxdu, uşaq heç bir korluq çəkmir. Bütün ekspertiza sənədlərim qaydasındadı. Övladı anadan yalnız o zaman almaq olar ki, ananın pis vərdişləri və ya psixi problemi olsun, uşağın böyüməsi üçün şəraiti olmasın və s. Bütün yoxlamalardan keçmişəm, hər şeyə baxılıb incələnib. Heç bir problem yoxdu. Harda görünüb ki, anadan səbəb olmadan zorla övladı alsınlar?
Qızınızın atası Almari Vael Süleyman kimdi, nəçidi?
Kürd kökənli Britaniya vətəndaşıdı. Moldovada yaşayır. Nəçi olduğunu bilmirəm, çox imkanlıdı, amma heç vaxt hansı bizneslə məşğul olduğunu demir. Bir neçə ölkədə axtarışda olduğunu da həmin ölkələrdə şikayətçi olan insanların vəkilindən öyrənmişəm. O, məni tapıb Almarinin axtarışda olduğunu bildirib. Buna baxmayaraq heç vaxt övladı ilə görüşünə mane olmadım. Onunla ortaq məxrəcə gəlmək üçün hər cür danışığı sınamışam. Saatlarla mən və Ramil onunla söhbət etmişik. Faydası yoxdu. Uşağı məndən almağı qarşısına məqsəd qoyub. Qızımı əlimdən alsa, necə yaşayaram? Bunu təsəvvür edə bilmirəm. Məni İnterpola verib, deport etdirmək istəyir, qızımı zorla almağa çalışır. İllərdi bu zülmü bizə yaşadır. Stressdən günlərlə ağlamışam. Uşağım nə qədər sarsıntı keçirib.
Bəs məhkəmə o cür qərarı necə çıxarıb, buna mister Vael necə nail olub, sizcə?
Bizdə Moldovada məhkəmə-hüquq, ədliyyə sistemi açıq bazardı. Pulun, əlaqələrin varsa, istədiyin qərarı ala bilərsən. Mən patriotam, ölkəmi çox sevirəm, oradakı bu acınacaqlı durum xalqımız kimi məni də çox incidir.
Yeni prezidentiniz demokratik yolla seçilən xanım Sandudan sonra heç bir irəliləyiş yoxdu?
Biz Parlament respublikasıyıq. Parlament isə korrupsionerlərin əlindədi. Xanım Sandunun illərlə kök salan korrupsioner bir sistemə gücü çatmır. Ona görə də parlamentin buraxılması ilə bağlı əmr imzalayıb. Xalq da bu qərarı dəstəkləyir. Sizə bir söz deyim. Bura gələndən sonra dövlətə sədaqət, prezidentə sayğı nə olduğunu görmüşəm. Bizdə belə deyil. Hər parlament üzvü, hər məmur özü üçün bir rəhbərdi. Dövlət maraqları anlayışı yoxdu. Prezidentlə hesablaşmırlar. Mən Ramildən öyrənmişəm - bir deputatın hər yerdə villası olmaya bilər, korrupsiyaya bulaşmaya bilər, dövlətini necə sevmək olar.
Hesab edirsiz ki, Azərbaycandakı vəziyyət Moldovadakından fərqlidi?
Həqiqətən elə hesab edirdim. Bura gəlib belə görmüşəm. Ta ki Nəsimi Məhkəməsi bizim xəbərimiz olmadan uşağın məndən alınması ilə bağlı qərar verənə kimi. Evimizə icraçılar əllərində kamera xəbərsiz gəldilər. Burada bəzi media qurumlarında məni və Ramili gözdən salacaq sifarişli yazılar verildi. Onda dəhşətə gəldim. Qızımın atası olan Almarinin Azərbaycanda öz pulu ilə məhkəməyə, mediaya, Vəkillər kollegiyasına nüfuz edə biləcəyini təsəvvürümə gətirə bilməzdim.
Moldovalı bir qadının gözü ilə ölkəmizə baxmaq yenilik oldu. Bəs növbəti məhkəmə nə zamandı?
İşə Konstitusiya Məhkəməsində iyulun doqquzunda baxılacaq. Burada konstitusion hansı məqam olduğunu da anlamıram. Mən Azərbaycana sığınmışam. Ümid edirəm bütün insan haqları kodekslərinə, Beynəlxalq Uşaq Konvensiyasına görə tanınan analıq haqqı Azərbaycanın ədalət məhkəməsində yerini alacaq.
Sizcə, mister Vael qızını sevir?
-… Çox yaxşı sualdı… məndən bunu heç kim soruşmayıb. Düşündürdüz…Yəqin sevir, yəqin bütün valideynlər övladlarını sevir. Sevgi nədi? Mənə görə qayğı, incitməmək…uşağa yaşadılan bu şeylər sevgidirsə…bilmirəm, Aysel xanım, bilmirəm…
Xəbər lenti
-
16:49Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib
-
16:47“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:12Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edəcək
-
15:51"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
13:45Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
20 May 2024
19 May 2024
18 May 2024
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV