Deputat: “Prezidentin cəbhə bölgəsində yerləşən hərbi hissəyə səfəri düşmənə mesajdır”
"Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhə bölgəsinə səfəri çərçivəsində Ağdam rayonu ərazisində yerləşən "N” saylı hərbi hissədə olması ölkəmizdə ordu quruculuğuna, hərbçilərin döyüş qabiliyyətinin artırılmasına və onların məişət problemlərinin həllinə olan diqqət və qayğının göstəricisidir”.
Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.
O deyib ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən ölkədə ordu quruculuğu gücləndirilib. Deputat qeyd edib ki, hər il dövlət büdcəsindən orduya ayrılan vəsaitin miqdarı artırılır: "Bunun nəticəsində ordunun maddi-texniki bazası gücləndirilib, Azərbaycan dünyanın hərbi sənayesi inkişaf etmiş ölkələrindən ən müasir silah-sursat, texnika alıb. Bundan başqa, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Müdafiə Nazirliyinin hərbi qulluqçuların və mülki əməkdaşlarının əməkhaqqları mütəmadi artırılır. Ordumuz il ərzində bir neçə dəfə genişmiqyaslı təlimlər keçirir. Həmin təlimlərdə ən müasir silah və texnikalar nümayiş etdirilir, şəxsi heyətin döyüş qabiliyyəti artırılır. Eyni zamanda hərbçilər təlimlərdə yeni bilik və bacarıqlara yiyələnirlər, müasir silah və texnikanı daha dərindən mənimsəyirlər”.
Ü.Quliyev vurğulayıb ki, bütün bunların nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrilib: "Ordumuz dünyanın əlli ən güclü silahlı qüvvələri sırasındadır. Ən əsası isə Azərbaycan Ordusu Ermənistan ordusundan dəfələrlə üstündür. 2016-cı ilin Aprel döyüşləri bunu bir daha sübut etdi. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazır və qadirdir”.
Ü.Quliyevin fikrincə, ordu sistemində müşahidə olunan ən vacib dəyişikliklərdən biri də yeni hərbi hissələrin tikintisi, köhnə tikililərdə yerləşən hərbi hissələrin əsaslı təmir olunaraq istifadəyə verilməsidir: "Silahlı Qüvvələrin modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yeni hərbi hissədə olub. Bu hərbi hissə cəbhə bölgəsində yerləşir”.
"Cənab Prezidentin cəbhə bölgəsində yerləşən hərbi hissəyə səfər etməsi təsadüfü deyil. Çünki Ermənistan torpaqlarımızın 20 faizini işğal edib və işğala son qoymaqdan boyun qaçırır. Düşmənə dərs vermək, torpaqlarımızı işğaldan azad etmək üçün ordumuzu daimi gücləndirməliyik, döyüş qabiliyyətini artırmalıyıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu iş çox uğurla həyata keçirilir. Cəbhə bölgəsində müasir tələblərə cavab verən yeni hərbi hissənin tikintisi, cənab Prezidentin oraya səfəri, Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ müşavirə keçirməsi düşmənə mesajdır. Bu mesaj da ondan ibarətdir ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq, sülh danışıqları nəticə verməsə müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcək. Ermənistan rəhbərliyi bu mesajdan nəticə çıxarmalıdır”.
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR