Bu qanuna dəyişiklik beynəlxalq tələbdir - Əli Hüseynli

Bu qanuna dəyişiklik beynəlxalq tələbdir - Əli Hüseynli
"Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəlir.

 

Bunu parlamentdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib.

 

"Azərbaycanda "Siyasi Partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunmuşdu. 1995-ci ölkədə Konstitusiya qəbul edilib. Orada da siyasi partiyalara dair müddəalar olsa da, bu, qanunvericilikdə əks olunmamışdı. Bir sıra Avropa ölkələrində, qonşu ölkələrdə bu qanun həmin müddətdən dəyişib. Azərbaycanda da "Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəlir”, - deyə Əli Hüseynli bildirib. 

 

Vitse-spiker deyib ki, müxtəlif ölkələrdə "Siyasi partiyalar haqqında” qanunvericilik ölkələrin siyasi sistemindən asılı olaraq dəyişir.

 

Əli Hüseynlinin sözlərinə görə, yeni qanun layihəsində partiyalarla bağlı təsbit olunan yeni müddəalar praqmatik prinsiplərə söykənir.

 

"Dünyanın bir çox ölkəsində partiyalarla bağlı qanunvericilikdə dəyişiklik edilib. Bununla bağlı bizdə də dəyişikliklərin olması vacib idi", - Vitse-spiker çıxışında qeyd edib./modern

Xəbər lenti