Bank əmanətlərinin qaytarılmasında “OTKAT” MEXANİZMİ: “Rüşvət müqabilində güzəştlər...”
21 May 2020, 11:20
21 May
2020
11:20
1453
"Bağlanmış banklardan pulunu ala bilməyən və ən çətin durumda qalanlar növbəli kreditorlardır”.
7News.Az xəbər verir ki, bu fikirləri bağlanmış banklara yerləşdirilmiş əmanətlərin qaytarılması mexanizmini dəyərləndirən iqtisadçı Əkrəm Həsənov deyib.
Əkrəm Həsənovun sözlərinə görə, kreditorlar pullarının geri qaytarılmasını istəyirlərsə, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) və Mərkəzi Banka yazılı müraciət edərək, Kreditorlar Komitəsinin yaradılmasına nail olmalıdırlar:
"Atabank”, "Amrahbank”, "NBC Bank” və "AGBank”ın bağlanması ən çox orada pulu qalanları narahat edir. Bu pulların qaytarılması prosesi fonunda Əmanətlərin Sığortalanması Fondu 3 ay ərzində 681 milyon manat təşkil edən qorunan əmanətləri vətəndaşlara tam qaytaracaq. Beləliklə, həmin şəxslər narahat olmaya bilər.
Bundan sonra ƏSF həmin bankların ləğvi prosesini həyata keçirəcək. Bu proses bir neçə il çəkəcək. Ləğvin mahiyyəti sözügedən bankların bütün aktivlərinin pula çevrilməsindən və kreditorlar arasında bölüşdürülməsindən ibarətdir. Yəni ƏSF bankların daşınar və daşınmaz əmlakını satmalı, verdiyi kreditləri isə qaytarmalıdır.
Aktivlər pula çevrildikcə, o vəsaitlər ƏSF tərəfindən aşağıdakı növbəlilik qaydasında bölüşdürüləcək:
1. ƏSF qorunan əmanətlərə sərf etdiyi 681 mln. manatı götürəcək (təbii, hər bank üzrə ayrılıqda);
2. ƏSF illərlə çəkən ləğv prosesinə çəkdiyi xərcini götürəcək. Məsələn, işçilərin maaşı, kargüzarlıq, nəqliyyat, hüquqi xidmət və sair xərclər. Xərcin limiti yoxdur. Deməli, ləğv prosesi mümkün qədər tez bitməlidir ki, xərc də çox olmasın.
3. Bankların işçilərinə olan borcu (maaş, müavinətlər).
4. Dövlətə olan borc.
5. Qorunmayan 5 milyon manat məbləğində əmanətlərin sahibləri olan vətəndaşlar, habelə 105 milyon manat məbləğində vəsaitin sahibləri olan fərdi sahibkarlar və hüquqi şəxslər.
Göründüyü kimi, ən çətin durumda olanlar sonuncu növbəli kreditorlardır. Yəni birlikdə 110 milyon manatlıq vəsaitin sahibləridir”.
Əkrəm Həsənov qeyd edib ki, əvvəllər bağlanmış bankların təcrübəsi sonuncu növbəli kreditorlara yekunda ya heç nə çatmadığını, ya da çox cüzi məbləğin ödənildiyini göstərir. ƏSF isə pul qurtardığını bildirir. Ola da bilər ki, pulun çatmaması ƏSF-nin öz vəzifələrini düzgün və vicdanla icra etməməsinin nəticəsidir:
"Ləğvedici kimi, ƏSF-nin səlahiyyətləri olduqca genişdir. Üzərində isə demək olar ki, nəzarət yoxdur. Formal olaraq, ona bu sahədə Bakı Apellyasiya Məhkəməsi nəzarət edir. Amma söhbət elə mürəkkəb işdən gedir ki, hakimlərin əksər hallarda lazımi nəzarətə həm bilikləri, həm də vaxtları kifayət etmir.
Cari və hərtərəfli nəzarət lazımdır. Bunu da əslində Kreditorlar Komitəsi vasitəsilə etmək olar. Əksər ölkələrdə ləğvedicini belə həmin Komitə təyin edir. Bizdə də "Müflisləşmə və iflas haqqında” Qanuna uyğun olaraq, digər hüquqi şəxslərdə mexanizm məhz belədir. Təkcə banklar nədənsə, istisna təşkil edir”.
İqtisadçının fikrincə, ƏSF üzərində nəzarətin olmaması bir sıra özbaşınalığa, hətta korrupsiya əməllərinə yol aça bilər:
"Əmanətlərin Sığortalanması Fondunun 4 istiqamət üzrə özbaşınalıq etməsi gözləniləndir:
1. Bankların əşyalarını formal olaraq ucuz satıb, "otkat” götürə bilər. Buna görə də əşyalar Kreditorlar Komitəsinin nəzarəti altında yalnız açıq hərraclarda satılmalıdır.
2. Bankların verdiyi kreditləri qaytarmaq əvəzinə, borc alanlarla sövdələşə və rüşvət müqabilində onlara güzəştlərə gedə bilər, hətta məhkəmə proseslərini də bilərəkdən uduza bilər. Buna görə də bütün borclulara qarşı məhkəmə işlərinin siyahısı Kreditorlar Komitəsində olmalıdır və o qurum bu proseslərin ƏSF tərəfindən necə aparılmasına nəzarət etməlidir.
3. Bankın müəyyən kreditorlarına pullarını qanunsuz olaraq, növbədənkənar qaytara bilər. O cümlədən "otkat” müqabilində və ya hansısa kreditorun tələbi ilə hansısa borclunun borcunun əvəzləşdirilməsi yolu ilə… Bu, qanunsuzdur, amma təcrübədə olub. Ona görə də kreditorların reyestri Kreditorlar Komitəsində olmalıdır və o, kreditorlara ödənişlərin aparılmasına nəzarət etməlidir.
4. Öz xərclərini şişirdə bilər. Məsələn, lazımsız işçilər (qohum-əqraba və sair) saxlaya, "otkat” müqabilində bahalı mallar və xidmətlər ala bilər və sair. Buna görə də, ƏSF-nin satınalamaları, əsasən, tender vasitəsilə həyata keçirilməldir və Kreditorlar Komitəsi xərclərə nəzarət etməlidir.
Kreditorlar Komitəsi "Banklar haqqında” Qanuna əsasən yaradılır. Bunun üçün ƏSF Mərkəzi Bankın dəstəklədiyi sorğu ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etməlidir.
ƏSF-ə yeni rəhbər təyin olunub. Ümid edirəm ki, o, bankların ləğvi işini daha savadlı, dürüst, şəffaf həyata keçirəcək. Ümumiyətlə, dürüst işləmək istəyən ləğvedicinin kreditorlardan, onların komitəsindən yaxşı dəstəyi ola bilməz. Buna görə Kreditorlar Komitəsinin olmasını istəməyən ləğvedicinin niyyətləri şübhə doğurmamalıdır”.(yenicag.az)
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü