Azərbaycanlı tədqiqatçı Pekində beynəlxalq konfransda iştirak edir

Azərbaycanlı tədqiqatçı Pekində beynəlxalq konfransda iştirak edir
Vyana Universiteti, Sosial Elmlər fakültəsində Siyasi Elmlər üzrə doktorantura təhsili alan azərbaycanlı tədqiqatçı Aytən Əliyeva 28-31 mart 2023-cü il tarixlərində Çinin Pekin şəhərində Ümumçin Gənclər Federasiyası və dünya universitetləri sıralamasında hazırda 14-cü olan Tsinghua Universiteti tərəfindən təşkil olunan "Qlobal İdarəçilik və Çinin artan rolu” üzrə konfransda iştirak edir. Konfransın ilk günündə çıxışda Aytən Əliyeva "Avropa İttifaqı-Çin arasında Nəqliyyat Əlaqələndirmə siyasəti (Connectivity) və Cənubi Qafqaz regionun rolu” adlı tədqiqat işi, mövzunun aktuallığı, metodoloji yanaşma, həmçinin Cənubi Qafqaz regionun Ukrayna böhranından sonra, Avropanın artan enerji təhlükəsizliyində rolu, regional sülh prosesinin nəqliyyat və logistik inkişafa təsiri, TransXəzər Beynəlxalq Nəqliyyat yolunun (və ya Orta Dəhliz) "Zəngəzur Dəhlizi” ideyası və reallaşması ilə daha  əlverişli nəqliyyat- infrastruktur siyasətinin həyata keçiləcəyini önəmi haqqında vurğuladı. Tədqiqat layihəsi konfransda iştirak edən universitet rəhbərliyi və Universitetin Siyasi Elmlər və İctimai İdarəetmə fakültəsinin tələbələri tərəfindən maraqla qarşılandı, Əliyeva Qlobal Bacarıqların İnkişafı Mərkəzinin direktoru və Harvard Kennedy Məktəbi Məzunları İdarə heyəti üzvü Aaron Runzhou Zhang tərəfindən Siyasi İdarəetmə fakütəsinin "Bir Kəmər və Yol Təşəbbüsündə, Dövlət İdarəçiliyi üzrə Beynəlxalq Magistr (International Master of Public Administration in the Belt and Road Initiative (IMPA-BRI) proqramında iştirak etməyə dəvət olunmuşdu. 
Konfransın növbəti günü "Qlobal İdarəetmə və Gənclərin İştirakçılığı” mövzusunda davam etdi. Sessiyada 10 ilə yaxın Azərbaycanda gənclərlə iş üzrə müxtəlif sahələrdə fəaliyyət göstərən Aytən Əliyeva Azərbaycan gənclər siyasəti, gənclərə dövlət qayğısı və dövlət proqramları, gənclərin dövlət siyasətində, hakimiyyətin müxtəlif qollarında təmsil olunması, qadınların cəmiyyətdə rolunun artırılması və siyasi iştirakçılığı, həmçinin münaqişə, müharibə və təbii fəlakətlərin insanların və dünya əhalisinin yarısını təşkil edən gənclərin həyatına təsirindən danışdı və dövlətlərin, beynəlxalq təşkilatların bu sahədə ciddi addımlar atmağı baxımından çağırış etdi. Konfrans iştirakçıları Şanxay Əməkdaşlıq Təşkilatının mənzil-qərargahını da ziyarət etmiş və təşkilatın əməkdaşları ilə regional siyasət və təşkilatın siyasət və gündəliyi üzrə müzakirə etmiş və suallar ünvanlamışdır. 
Qeyd edək ki, martın 31-də yekunlaşacaq konfransda müxtəlif sahələri təmsil edən Brazilya, İndoneziya, İtalya, Yaponiya, Qazaxıstan, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Böyük Britaniya və Azərbaycan, həmçinin BMT-nin regional ofislərindən ekspertlər, tədqiqatçılar və gənclər iştitak edir.
 











 

Xəbər lenti