Azad edilmiş ərazilərin bərpası dövlət siyasətinin başlıca istiqamətlərindən biridir - TƏHLİL
44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri ərazilərimizin 30 illik işğalına son qoydu. Lakin 30 il ərzində ərazilərimiz vandalizmə məruz qalıb, ermənilər şəhər və qəsəbələrimizi, kəndlərimizi tamamilə dağıdıblar. Bütün yaşayış və sosial binalar, yollar, infrastruktur tamamilə məhv edilib və insan yaşayışı üçün heç bir imkan qalmayıb. Bu baxımdan, işğaldan azad edildikdən sonra həmin ərazilərin bərpası və yenidənqurulması dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir və hazırda həmin ərazilərdə sürətli işlər həyata keçirilir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərtliyi və düşünülmüş siyasəti nəticəsində müharibə bitəndən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı.
"Bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri məhz həmin ərazilərin yenidən qurulması və bərpasıdır. Müharibə bitdikdən dərhal sonra ilk növbədə təhlükəsizlik məsələlərinin həll edilməsinə başlanıldı. Bildiyiniz kimi, işğal dövründə ermənilər tərəfinən ərazilərimizdə minlərlə mina basdırılıb. Həmin ərazilərin bir hissəsində minalar təmizləndikdən sonra orada infrastruktur layihələrinin həyata keçirilməsinə şərait yaradıldı.
Bu günə qədər məhz Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində 200-ə yaxın insan həlak olub və ya yaralanıb. Bu, insanlığa qarşı olan bir cinayətdir”, - deyə deputat bildirib.
O qeyd edib ki, azad edilən ərazilərdə indiyə qədər aparılan yenidənqurma və bərpa işlərinin miqyasına baxdıqda görərik ki, müharibələrdən çıxmış ölkələrin heç birinin tarixində belə qısa müddət ərzində bu qədər böyük işlər görülməyib.
"Azərbaycan bütün bu işləri öz hesabına həyata keçirir. Bu, bir daha Azərbaycanın gücünün və qüdrətinin göstəricisidir və düzgün qurulmuş strategiyanın, yürüdülmüş siyasətin məntiqi nəticəsidir”, - deyə C.Osmanov qeyd edib.
Milli Məclisin deputatı Elşən Musayev də Trend-ə açıqlamasında deyib ki, Qarabağda qısa zaman ərzində böyük işlər görülüb, bu ərazilərdə genişmiqyaslı dirçəliş başlayıb, yollar çəkilib, infrastruktur formalaşıb.
"Bu proses, gedişat çox sevindiricidir və üstəlik, dövlətimiz məlum istiqamətdə yalnız və yalnız öz gücünə güvənir, hər bir işi öz resursları, öz qüvvəsi hesabına görür. Eyni zamanda, qeyd edim ki, belə bir sürətli bərpa və yenidənqurma işlərinin aparılması müharibədən yeni çıxmış ölkələrin praktikasında bir ilkdir. Bəlkə də dünya tarixində müharibədən çıxandan sonra bu qədər sürətlə quruculuq işləri görən ikinci ölkə olmayıb. Həmin sürətin səbəbi isə ölkəmizin gücü, yürüdülən məqsədyönlü siyasət və ortaya qoyulan iradədir.
Mən bir dəfə Şuşada olmuşam. Tam ünvana qədər rahat getdik. "Zəfər yolu” o qədər sürətli çəkilib ki, bunun adına yalnız möcüzə demək olar. Üstəlik, söhbət bir tək yoldan getmir. İçməli və suvarma suları ilə təminat imkanlarının genişləndirilməsi, qaz borularının çəkilməsi, işıq dirəklərinin qoyulması, binaların, abidələrin bərpası, yeni yolların, tunellərin ərsəyə gəlməsi, əlqərəz hər şey və hər şey ondan xəbər verir ki, tezliklə Qarabağa böyük qayıdış olacaq”, - deyə deputat qeyd edib.
O vurğulayıb ki, eyni zamanda, nəzərə almaq lazımdır ki, Qarabağda işlər son dərəcə mürəkkəb relyefə və sərt iqlimə malik olan ərazilərdə aparılır.
"Aidiyyəti dövlət qurumlarının əməkdaşları durmadan çalışır, hamı öz üzərinə düşən işi ləyaqətlə görür. Çünki hər kəsin əsas arzusu tezliklə Qarabağın tam bərpası və doğma torpaqlara böyük qayıdışdır”, - deyə E.Musayev əlavə edib.
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR