Avropa Parlamentinin qətnaməsi beynəlxalq hüquqa hörmətsizlikdir

17 Mart 2023, 16:43
17 Mart
2023
16:43
21
Avropa Parlamentinin (AP) Avropa İttifaqı (Aİ) - Azərbaycan əlaqələrinə dair martın 15-də qəbul etdiyi qətnamə uzun illər boyunca ölkəmizə qarşı sərgilənən qərəzli, ikili standartlara söykənən selektiv münasibətin növbəti təzahürüdür. Sənədin ruhu bütövlükdə Ermənistanın destruktiv hakim dairələrinin, revanşist qüvvələrin siyasi baxışlarının inikasıdır. Əks halda Avropa Parlamentinin ölkəmizə qarşı nifrəti, onun tarixinə və beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın davam edən işğalının doğurduğu faciələrə, bəşəri cinayətlərə etinasızlığını nə ilə izah etmək olar? Görünür, Qərbdə Azərbaycanın tarixi Zəfərini, onu yaratdığı yeni geosiyasi reallıqları həzm edə bilməyən, bütün dünyanın şahidlik etdiyi tarixi həqiqətə göz yuman, obyektiv yanaşmadan uzaq bəzi qüvvələr hələ də ədalət və mənəviyyat anlayışlarını dərk edə bilmirlər və yaxud bunu istəmirlər.
Martın 13-də Berlində Almaniyanın aparıcı şirkətləri ilə görüşdə ötən il Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandiumunun imzalandığını xatırladan Prezident İlham Əliyev Avropa Komissiyasının Azərbaycana etibarlı tərəfdaş kimi yüksək dəyər verdiyini vurğulamışdır. Bu baxımdan məhz bu məqamda AP-nin Azərbaycanla bağlı son qətnaməsi heç də anlaşılan deyil. Lakin digər tərəfdən, tarixi faktlar onu göstərir ki, bu münasibət son illərin məhsulu deyil. Ölkəmizin inkişafına, getdikcə artan beynəlxalq nüfuzuna qısqanclıq hissindən doğan qərəzli yanaşma Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən bəri formalaşıb.
Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınmasını ehtiva edən və bu qurumun özünün nizamnaməsinə zidd müddəaların əksini tapması bütövlükdə beynəlxalq hüquqa hörmətsizlikdir. Guya Laçın yolunun bağlanması və "humanitar fəlakət"in baş verməsi ilə bağlı rəsmi İrəvanın süni haray-həşirinə dəstək verməklə Avropa Parlamentinin deputatları məsuliyyətsiz mövqelərini ortaya qoymuşlar. Korrupsiya girdabına bulaşmış, sifarişlə qərarlar verən AP bu davranışı ilə beynəlxalq erməni mafiyasının oyuncağı olduğunu bir daha nümayiş etdirmiş oldu.
Ölkə ictimaiyyəti heç bir real fakta söykənməyən, Azərbaycanın bölgədə sülh uğrunda səylərinə maneçilik törətməyə yönəlmiş bu əsassız və məsuliyyətsiz qətnaməni kəskin şəkildə qınayır və ona qətiyyətlə etiraz edir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində qətnaməyə dair aparılmış müzakirələr zamanı qəbul edilmiş bəyanatda bütövlükdə ölkə Parlamentinin bu məsələ ilə bağlı birmənalı mövqeyi ifadə olunmuşdur: "Avropa Parlamenti nəinki öz nüfuzuna xələl gətirən bu qətnamənin qəbul edilməsinin qarşısını ala bilməyib, həm də xaos və müharibə yolu ilə Cənubi Qafqaz bölgəsindəki çirkin planlarını həyata keçirməyə çalışan qüvvələrin alətinə çevrilib. Bu isə dərin məyusluq və hiddət doğurur".
Tamamilə məntiqlidir ki, beynəlxalq səviyyədə qəbul olunan qərarların obyektivliyinin təmin olunması yalnız qarşılıqlı hörmət və anlaşmaya əsaslanan konstruktiv dialoq və tərəfsizlik prinsipi əsasında mümkündür. Eyni zamanda, ümid edirik ki, ölkə rəhbərliyinin göstərdiyi ardıcıl səylər nəticəsində Azərbaycanın bölgədəki sülhsevər mövqeyi, dünyada baş verən qlobal hadisələr fonunda bütövlükdə Avropa üçün artan əhəmiyyəti prioritetlərin düzgün müəyyənləşdirilməsi üçün vacib şərt kimi dəyərləndiriləcək və son nəticədə Avropa İttifaqı - Azərbaycan münasibətlərində obyektiv yanaşmaların formalaşmasına mühüm töhfə olacaqdır./modern.az
Əli Hüseynli,
Milli Məclisin deputatı
Xəbər lenti
-
17:30Deputatın təşəbbüsü ilə həyata keçirilən “Novruz” yardım aksiyası bayram günlərində də davam edəcək.
-
00:20Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb
-
12:01“Siz radikalların çörəyi anti-milli fəaliyyətdən çıxır!” - Deputatdan Gültəkin Hacıbəyliyə sərt sözlər...
-
11:53“Cənab Prezidentin Ankaradakı çıxışında bütün dünyaya gərəkli mesajlar verildi.” – Elşən Musayev
-
11:14Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb
-
01:08Deputat Ramil Həsənin təşəbbüsü ilə yüzlərlə ailəni əhatə edən “Novruz” yardım aksiyası davam etməkdədir
-
23:09PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub
-
18:09Bu faktor ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb - TƏHLİL
-
17:21AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN TÜRKİYƏDƏKİ FƏALİYYƏTİNİN YEKUNLAŞMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB
-
16:43Avropa Parlamentinin qətnaməsi beynəlxalq hüquqa hörmətsizlikdir
-
16:34Avropa Parlamentinin qərəzli sənədi onun nüfuzuna ciddi kölgə salır
-
12:32Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır
-
12:29“Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı” adlı tədbir keçirilib
-
10:08Deputatın təşəbbüsü ilə Ucarda daha bir yol gediş-gəliş üçün rahat vəziyyətə gətirildi
-
17:30"Almaniya Azərbaycanla strateji əməkdaşlıqda maraqlıdır" - DEPUTAT AÇIQLADI
-
15:02İki nəfər Yusifcanlı kəndi ərazisində minaya düşərək həlak oldular, istintaq başladı
-
13:48"Təkcə torpaqlarımızı "mina plantasiyası"na çevirən hay nasistləri deyil, havadarları da məsuliyyət daşıyırlar" - DEPUTAT
-
12:42“AzerGold” QSC-nin 2022-ci ildə vergi ödənişləri artıb
-
12:40“Azərlotereya”nın şəhid övladları ilə “Novruz” görüşü – FOTO
-
10:58Çavuşoğlu: Can Azərbaycan TDT-nin Fövqəladə toplantısının keçirilməsini təklif edib
-
18:10Gənclər təşkilatlarının pr menecerləri üçün növbəti təlim keçirilib
-
17:16“Əli Kərimli təpədən dırnağa qədər anti-millidir!” – DEPUTAT
-
16:42“Ərdoğan çox böyük siyasi liderdir” - DEPUTAT
-
13:35QHT Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktoru ilə görüşüb - FOTO
-
13:02XII Çağırış Kubokunun seçim turları yekunlaşıb - FOTOLAR
-
10:56“Mental arifmetika klubunun təşkili və davamlı inkişafı” Layihəsi
-
10:24“Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi” mövzusunda tədbir keçirilib - VYANADA
-
16:17"Onlar ya reinteqrasiya təklifini qəbul edəcək ya da torpaqlarımızdan rədd olub gedəcəklər" - Səbuhi Abbasov
-
15:34Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib
-
15:32"Paşinyan bunun anonsunu verirsə..." - DEPUTAT
-
12:13Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib
-
22:41Azərbaycan nümayəndə heyəti Vyanada keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşündə iştirak edir
-
16:26“İnvestAZ Asset Management”in lisenziyası ləğv edilməyib, müddəti bitib - AÇIQLAMA
-
15:18Gənclər Paytaxtı - 2023 çərçivəsində "Dostluq Kuboku" adlı intellektual yarış keçirilib
-
11:47“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:25Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırdılar - FOTO
-
12:04“Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb
-
12:45Qlobal Bakı Forumu ölkəmizin dünya siyasətindəki gücünün ən mühüm göstəricisidir
-
10:42“Qobu Park-2” yaşayış kompleksinin binaları tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir - AÇIQLAMA
-
10:25“MULTİ Gənclik” layihəsinə start verilib - QUBADA
19 Mart 2023
18 Mart 2023
17 Mart 2023
16 Mart 2023
15 Mart 2023
14 Mart 2023
13 Mart 2023
11 Mart 2023
10 Mart 2023
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
Avropa Parlamentinin qətnaməsi beynəlxalq hüquqa hörmətsizlikdir
-
MANŞET, SİYASƏT
Çavuşoğlu: Can Azərbaycan TDT-nin Fövqəladə toplantısının keçirilməsini təklif edib
-
MANŞET, SİYASƏT
Qoşulmama Hərəkatının Bakıda keçirilən Sammitində Türkiyə və Suriyada zəlzələ qurbanlarının xatirəsi anılıb
-
MANŞET, SİYASƏT
İlham Əliyev Əlcəzairin baş naziri ilə görüşüb - FOTO
-
MANŞET, SİYASƏT
Prezident: “Qoşulmama Hərəkatı son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olub”
-
MANŞET, SİYASƏT
“Fransanı üzr istəməyə çağırırıq” - İlham Əliyev
-
MANŞET, SİYASƏT
Bütün həll yolları Bakıya aparır - Rusiyanın bir şansı qalıb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
“Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarı Azərbaycanın diplomatik qələbəsi, Ermənistanın faktiki ifşasıdır” – Səbuhi Abbasov
-
MANŞET, SİYASƏT
Azərbaycan-Rusiya: parlamentlər arasında intensiv siyasi dialoq mövcuddur