“Arzularım həqiqətə çevrildi...” – Vilayət Quliyevin Şuşa təəssüratları
02 Sentyabr 2021, 11:37
02 Sentyabr
2021
11:37
809
"Bu günləri görəcəyimi, Zəfər yolu ilə Şuşaya qayıdacağımı düşünmürdüm”
Azərbaycanın keçmiş xarici işlər naziri, sabiq səfir Vilayət Quliyev işğaldan azad olunmuş Şuşaya səfərlə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.
Bu yaxınlarda mədəniyyət paytaxtını ziyarət edən sabiq səfir sonuncu dəfə Şuşaya 1990-cı ilin oktyabrında getdiyini söyləyib:
"Şuşanın işğalına hələ il yarım qalsa da, şəhərdə hökm sürən inamsızlıq əhval-ruhiyyəsini görməmək mümkün deyildi. O zaman söhbət etməyə imkan tapdığım bütün adamlar taleyin ümidinə buraxılmalarından şikayətlənirdi. 1987-ci ildə sonuncu dəfə Ümumittifaq formatında keçirilən Vaqif poeziya günlərində gördüyüm səs-küylü, şən, hər guşəsindən musiqi, muğamat eşidilən, hər addımda gülərüz, mehriban adamlar gördüyüm qeyri-adi şəhərdən əsər-əlamət qalmamışdı. Məğlubiyyət fikrini yaxın qoymaq istəməsəm də, yadımdadır ki, 31 il əvvəl Şuşanı narahatlıq və nigaranlıq içində tərk etdim.
Ayrılığın ardınca 30 illik Şuşa niskili, Şuşa kədəri... Şuşanı qoruya bilmədiyimiz üçün çəkilən üzüntülər, qəm-qüssə və ağrıdıcı təəssüf hissi…”
V.Quliyev hələ işğaldan əvvəl Şuşa ilə bağlı arzusunun olduğunu xatırladıb.
"Şuşa ilə bağlı həyata keçirmək istədiyim bir arzum vardı. Xalqımızın Şuşanı mütləq geri qaytaracağına inanırdım. Amma bu günləri görəcəyimə, Zəfər yolu ilə düşmən tapdağından xilas edilmiş Şuşaya qayıda biləcəyimi düşünmürdüm. Arzuların həqiqətə çevrildiyi günü yaşadıq. Azərbaycan xalqının, Azərbaycan əsgərinin, Ali Baş Komandanın müstəsna hünəri, şücaəti sayəsində Məkkəmiz, Mədinəmiz, Qüdsümüz olan Şuşanı yağı düşməndən geri aldıq. Bir insanın, bir nəslin həyatında bundan daha xoşbəxt gün ola bilməz. Taleyimə minnətdaram ki, yüz minlərlə soydaşım kimi mən də bu xoşbəxtliyi yaşadım.
2012-ci ildə Şuşanın Ermənistan ordusu tərəfindən işğalının 20 illiyi münasibəti ilə Macarıstanda, Macar Poçtu xətti ilə tariximizin bu faciəvi səhnəsi ilə bağlı xatirə markası buraxmışdıq. Onu ölkəmizdə və dünya miqyasında geniş yaysaq da, 00001 saylısını azad Şuşaya aparmaq niyyəti ilə özümdə saxlamışdım. Onu Şuşada, Prezidentin səlahiyyətli nümayəndəsi Aydın müəllimə təqdim edəndə arzumun çin olmasından sonsuz dərəcə də fərəh hissi duydum.
Şuşada gördüklərimin təəssüratı altında ölkəmizin mədəniyyət paytaxtı elan olunan və addım-addım paytaxta çevrilən Şuşadan sarsılmaz inamla geri döndüm. Şuşada, Qarabağda, bütün ölkə miqyasında arzularımız çin olacaq. Çünki biz qalib xalqıq. Bu qələbənin ən böyük simvolu Şuşadır”, - deyə sabiq səfir əlavə edib.
Xəbər lenti
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV