“Artıq müharibəsiz dövrə qədəm qoyulmalıdır” – Elşən Musayev

“Artıq müharibəsiz dövrə qədəm qoyulmalıdır” – Elşən Musayev
"Ermənistan heç zaman öz ağlı ilə oturub-duran dövlət olmayıb. Heç şübhəsiz ki, indi də yönəldicisi, istiqamət verəni var. Ona görə imitasiya edir, sülh müqaviləsini imzalamaqdan yayınır, zaman uzatmağa çalışır, təxribatlara əl atır. Amma Paşinyan nəhayət anlamalıdır ki, Zəngəzur dəhlizi açılmadan, sülh müqaviləsi imzalanmadan regionda sabitliyi təmin etmək çətin olacaq. Vəziyyət belə abstrakt qala bilməz. Problem bitməlidir. Məsələ həllini tapmalıdır. Artıq müharibəsiz dövrə qədəm qoyulmalıdır” – 7news.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Ermənistanda yürüdülən hazırki siyasət bu dövləti yalnız və yalnız uçuruma aparacaq. Revanşistlər heç nə edə bilməzlər. Onların arzuları ürəklərində qalacaq. Və bir daha qeyd etmək istəyirəm: Məsələnin, problemin yeganə çözümü, həlli yolu sülhdür və sülh müqaviləsinin imzalanmasında Ermənistanın özü maraqlı olmalıdır. Yox əgər Paşinyan fərqli yol tutsa, yenə təxribatlara davam etsə o zaman ən az kvartalda bir dəfə başı üzərində "dəmir yumruq”u görəcək.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti