Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir

03 Oktyabr 2023, 18:19
03 Oktyabr
2023
18:19
118
TARSİM nümayəndə heyəti Azərbaycanda səfərdədir
Türkiyənin Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatının İdarə Heyətinin sədri Osman Yıldızın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanda səfərdədir.
1-5 oktyabr tarixlərində davam edəcək səfər zamanı nümayəndə heyətinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu (ASF), Azərbaycan Respublikasının Mərkəzi Bankı, eləcə də ölkəmizdə aqrar sığorta sisteminə üzv olan sığorta şirkətlərində və digər aidiyyəti qurumlarda görüşləri nəzərdə tutulur.
Səfər zamanı TARSİM ilə ASF arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın işğaldan azad olunan ərazilərinin inkişafında aqrar sığortanın rolu, aqrar sığorta mexanizminin tətbiqi üzrə Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi məsələləri müzakirə ediləcək.
Oktyabrın 2-də nümayəndə heyəti ilə ASF-nin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Azərbaycanda TARSİM-in dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizminin fəaliyyəti, əldə edilən nəticələr və planlar müzakirə edilib. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov sistemin fəaliyyətə başladığı 3 il ərzində Fondun yığımlarının və ödənişlərinin sürətlə artdığını, əhatə dairəsinin genişləndiyini qeyd edib. Onun sözlərinə görə, hazırda ASF tərəfindən 420 min hektardan artıq əkin sahəsi sığortalanıb ki, bu da ölkədəki bütün əkin sahələrinin 25%-i deməkdir. 2022-ci ildə Fond tərəfindən 2,4 milyon manat sığorta ödənişinin həyata keçirildiyini xatırladan Fond sədri 2023-cü ildə baş verən sığorta hadisələrinin sayının kəskin artdığını və buna uyğun olaraq sığorta ödənişlərinin məbləğinin yüksələcəyini bildirib. Fond rəhbəri qarşıdakı dövrdə aqrar sığortaya yeni risklərin, o cümlədən quraqlıq risklərinin əlavə edilməsi ilə bağlı ilkin müzakirələrin və hesablamaların aparıldığını vurğulayıb.
TARSİM-in İdarə Heyətinin sədri Osman Yıldız Azərbaycanla Türkiyə arasında aqrar sığorta sektorunda əməkdaşlığın genişləndiyini, Azərbaycanda aqrar sığorta mexanizminin uğurla tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, artıq digər ölkələrdə aqrar sığorta mexanizminin tətbiqində Azərbaycan təcrübəsindən istifadə etmək mümkün olacaq və hazırda Türk Dövlətləri arasında ümumi aqrar sığorta sisteminin qurulması məsələsi müzakirə edilir.
TARSİM-in İdarə Heyəti sədrinin müavini Fatma Ebru Gençosmanoğlu bildirib ki, səfər zamanı iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsi, Azərbaycanda Sığorta Məlumat Mərkəzinin yaradılması, eləcə də sığorta ekspenrtlərinin sertifikatlaşdırma prosesinə dəstək məsələləri müzakirə ediləcək. Bununla bağlı TARSİM nümayəndə heyətinin Azəbaycan Mərkəzi Bankında təqdimatı gözlənilir.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində "Türkiyə və Azərbaycan aqrar sığorta sistemlərinin təqdimatı” mövzusunda tədbir keçiriləcək.




Xəbər lenti
-
11:30Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:22Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
20:13Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:55“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:12“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:59Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:34“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:01Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:56Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:18Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:41"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:55GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
13:56“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
12:29“Gənc Liderlər Proqramı 2” üçün ərizə qəbuluna start verilir
-
12:28“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:03200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
20:01Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayı - Video
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:14MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
-
14:59“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:20TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN GƏNCLƏRİ MARŞ ƏRSƏYƏ GƏTİRİB
-
12:32Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir ŞƏRH
-
11:46YAP Yasamal rayon təşkilatında “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib
-
10:46“Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
31 Oktyabr 2023
30 Oktyabr 2023
27 Oktyabr 2023
Digər xəbərlər
-
SOSİAL
“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
SOSİAL
İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
SOSİAL
Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
SOSİAL
Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
SOSİAL
“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib