"20 yanvar faciəsi SSRİ rəhbərliyinin törətdiyi böyük miqyaslı cinayət idi." - Elşən Musayev

"20 yanvar faciəsindən uzun illər keçib, amma Azərbaycan xalqı həmin günləri unutmur.  Çünki bu bir tək faciə tarixi deyil, bu həm də Azərbaycanın, öz azadlığı uğrunda ölümü belə gözə almağı bacaran qeyrətli bacı və qardaşlarımızın yazdığı şərəf tarixidir" - 7NEWS.AZ  xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"SSRİ rəhbərliyi elədiyini elədi, qırğın törətdi, günahsız vətəndaşlarımızın qanını tökdü. Bu, vandalizm idi, bu,  vəhşilik idi, bu, böyük bir xalqın əzmini qırmağa yönəlik addım, cinayət idi! Fəqət, Azərbaycan xalqının əzmi qırılmadı, qəhrəman xalqımız bizləri hədəfə alan nadanların qarşısında qürurla dayandı və növbəti dəfə öz dəyanətini nümayiş etdirdi!

Ulu Öndər Heydər Əliyevin həmin anlarda nümayiş etdirdiyi ləyaqətli və cəsarətli addım da hər kəsin xatirindədir. Həmin faciənin səhəri günü Ümummilli Lider ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, təcili brifinq keçirdi və bütün dünyaya həqiqətləri, Azərbaycan xalqının mesajlarını çatdırdı. 

Tanrıdan şəhidlərimizə rəhmət diləyirəm. Ruhları şad olsun. Şad və rahat. Çünki uğrunda mübarizə apardıqları və canlarından keçdikləri Azərbaycan bu gün öz tarixinin ən güclü və əzəmətli dövrünü yaşayır" -  deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti