Zəngilanda inşa edilən hava limanında sərnişin təyyarəsi ilə ilk texniki eniş edilib

Zəngilanda inşa edilən hava limanında sərnişin təyyarəsi ilə ilk texniki eniş edilib
7NEWS.az xəbər verir ki, "Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) verilən məlumata görə, Bakıdan uçan Airbus A340-500 sərnişin təyyarəsinin 45 dəqiqə sonra Zəngilan hava limanına texniki eniş etdiyi bildirilib. İşğaldan azad edilmiş ərazilərdə ikinci hava limanı olan Zəngilan Hava Limanının təməli 2021-ci il aprelin 27-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Tikinti işləri hələ başa çatmayan Zəngilan hava limanının sentyabrın sonunda istifadəyə verilməsi gözlənilir. İşğaldan azad edilmiş rayonlarda daha bir hava limanı olan Füzuli Hava Limanı fəaliyyətini davam etdirir.

7NEWS.az

Xəbər lenti