Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
21 May 2022, 17:17
21 May
2022
17:17
646
20 may 2022- ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın xatirəsinə həsr olunmuş "Şerimizin səssiz səsiyəm” adlı iki hissəli tədbir keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, şairin ailə üzvləri, ölkənin və regionun tanınmış şair və yazıçıları, incəsənət xadimləri, Göyçay və Ağdaş rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, Ağdaş, İsmayıllı və Bərdə Regional Mədəniyyət İdartələrinin rəhbərliyi və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin birinci hissəsi Göyçay şəhərində baş tutub. Əvvəlcə Şəhidlər Xiyabanı, Göyçaylı yazarlar Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarları, eləcə də "Əbədiyaşar Ədiblər” parkında şair və yazıçıların büstləri ziyarət olunub, əklil və gül dəstələri düzülüb.
Tədbir giriş sözü ilə açan Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmməov Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi ilə əlaqədar Regional İdarə tərəfindən keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçılar birliyinin və şairin ailə üzvləri Fikrət Qocanın yaradıcılığı və həyatı haqqında söz açaraq öz xatirələrini bölüşüblər, Respublikanın Əməkdar artisti Ağalar Bayramovun ifasında şairin şerləri səsləndirilib.
Sonra Xalq şairi Rəsul Rzanın Göyçay şəhərində yerləşən ev muzeyi ziyarət olunub.
Tədbirin ikinci hissəsi Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilib. Qonaqlar əvvəlcə Mərkəzin foyesində Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin üzvləri tərəfindən hazırlanmış sərgi ilə tanış olublar. Sərgidə eyni zamanda şairin ailəsi tərəfindən təqdim edilmiş şəxsi əşyaları da nümayiş olunub.
Tədbirin bədii hissəsində "Qız qalası” instrumental ansamblının müşayəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların, Teyyub Aslanın, Əməkdar artist Zakir Əliyevin ifasında şairin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunub və Ağdaş Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanmış "Şerimizin səssiz səsiyəm” filmi və şairin qürbətdə yaşayan ailə üzvlərinin, yaxınlarının görüntülərindən ibarət videomüraciət nümayiş etdirilib.
Ağalar Bayramovun və Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxalıyevanın aparıcılığı ilə baş tutan tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, şairin qızı Gülay Qocayeva, bacısı Gülbəniz Qocayeva, AYB-nin katibi və AYB-yə Qəbul Komissiyasının sədri, Beynəlxalq Ədəbiyyat Fondunun və Mərkəzi Asiya Pen Təşkilatının üzvü, şair, tərcüməçi, Prezident təqaüdçüsü Səlim Babullaoğlu, şairə, jurnalist, "Atilla" jurnalının baş redaktoru, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyiinin sədri Gülşən Behbud, Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd çıxış ediblər.
Eyni zamanda tədbir zamanı Ağdaş Dövlət Rəsm Qalereyasının direktoru, rəssam Fidan Səfixanovanın və Ağdaş rayon Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin rəhbəri, rəssam Məlahət İsmayılın çəkdiyi şairin rəsm əsərləri qızı Gülay Qocayevaya və Anar Rzayevə təqdim olunub.
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
Digər xəbərlər
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SOSİAL
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SOSİAL
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SOSİAL
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir