Vüsal Quliyev: QHT Agentliyi yeni fəaliyyət planı hazırlamalıdır

Vüsal Quliyev: QHT Agentliyi yeni fəaliyyət planı hazırlamalıdır
"Konfransların yekun nəticəsi olaraq Agentlik bu istiqamətdə yeni fəaliyyət planı hazırlamalı və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün maarifləndirici tədbirlər davamlı olmalıdır."


Shushapost.Az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Şirvan şəhərində keçirdiyi   "QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransında bildirib.


Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq, bildirib ki, may ayından etibarən bütün iqtisadi zonalarda baş tutan konfranslar uğurla yekunlaşır. 

Bütün zona konfranslarının yekunu olaraq QHT-lər və ictimai şuralar öz fəaliyyətlərində dönüş yaratmalı, cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməli, qarşıya çıxan çatızmazlıqların aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməlidir. 

Konfransların yekun nəticəsi olaraq Agentlik bu istiqamətdə yeni fəaliyyət planı hazırlamalı və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün maarifləndirici tədbirlər davamlı olmalıdır.
 
 
Shushapost.Az

Xəbər lenti