“Övladını ölkədən qaçıran sən və sənin kimilərdir!” – Deputatdan Gültəkin Hacıbəyliyə sərt sözlər...

“Övladını ölkədən qaçıran sən və sənin kimilərdir!” – Deputatdan Gültəkin Hacıbəyliyə sərt sözlər...

"Bu ölkədə 5 radikal müxalifətçi varsa onların 5-nin də övladı və ya övladları Azərbaycandan kənardadır! Hamısı da bahalı yerlərdə, bahalı şəhərlərdə. Yeyib-içib kef edirlər. Gültəkin isə çox abırsız adamdır. Çünki elə bu yaxınlarda təhsil adı ilə övladını xaricə qaçırmağı bacardı. Və bu gün utanmadan kimisə ittiham edir”.
 
Shushapost.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Gültəkin Hacıbəylinin feysbukda yazdığı: "məmurlar övladlarını ölkədən qaçırıb” fikrinə münasibət bildirərkən söyləyib.

"Əli Kərimlinin övladı illərdir Azərbaycanda yoxdur və şeytan bilir haradadır. Sadəcə qızlarla, xanımlarla düzənlədiyi restoran-bar qonaqlıqlarından səsi gəlir. Sən özün belə, övladın 18 yaşına çatmamış ölkədən qaçırdın. Arifi də o cür, digəri başqa cür. Hərə bir bəhanə tapıb aradan çıxıb. İndi hansı sifətlə məmurları ittiham edirsən? Biz tərəfdən kim qaçırıb ölkədən oğlunu? İqtidar düşərgəsində kim övladına deyib ki, hərbidə qulluq eləməmək üçün ölkədən çıx? – Heç kim! Hakimiyyət düşərgəsində bunu kimsə etməyib. Amma bir daha qeyd edirəm: müxalifətdə radikal sifəti olan hər kəs edib bunu! Ona görə bu mövzuya yaxın gəlməyin. Çünki ən boş, ən zəif yerinizdir. Abırınız olsun, həyanız olsun. Siz vətənpərvər-filan deyilsiz. Siz bu millətin, bu dövlətin ən qatı düşmənisiz. Siz Azərbaycanda heç kimə ağıl verəcək, yol göstərəcək səviyyədə deyilsiz. Siz vaxtı keçmiş, qəlbi iyrəncliklə dolu ünsürlərsiz” – deyə Partiya sədri fikirlərinə davam edib.
 

Xəbər lenti