Ukraynaya əlavə silahlar veriləcək - Reznikov - ÖZƏL

Ukraynaya əlavə silahlar veriləcək - Reznikov - ÖZƏL

Ukraynanın müdafiə naziri Oleksi Reznikov bildirib ki, Ukraynanın tərəfdaşları ölkəyə əlavə silahlar verəcək.
7NEWS.az xəbər verir ki, o, bu barədə "Facebook” səhifəsində məlumat yayıb.
"Gecənin çox hissəsini bizə daim dəstək verən ölkələrin müdafiə nazirləri həmkarlarımla söhbət etməklə keçirdim. Dünyanın reaksiyası getdikcə aydınlaşır. Biz yaxın vaxtlarda tərəfdaşlarımızdan müasir silahlar və digər resurslar şəklində əlavə möhkəmləndirmələr alacağıq. Artıq biz bunu etmişik ” - Reznikov yazıb.
Rusiya fevralın 24-də Ukraynaya hava zərbələri endirib və müharibəyə başlayıb. Fevralın 24-də səhər tezdən Ali Rada prezident Vladimir Zelenskinin bütün Ukrayna ərazisində hərbi vəziyyətin tətbiqi ilə bağlı fərmanını təsdiqləyib.

Xəbər lenti