Təranə Paşayeva: "Müəllimlərin bu cür davranışları zərərçəkən şəxslərdə həyatlarının sonrakı mərhələlərində fəsadlarını göstərir" - Açıqlama
14 Yanvar 2022, 12:52
14 Yanvar
2022
12:52
614
Son günlərdə sosial şəbəkələrdə qısa müddət ərzində paylaşılaraq cəmiyyət tərəfindən böyük narazılıqlarla qarşılanan müəllim-şagird münasibətləri və müəllimlərin şagirdlərə qarşı kobud davranışları barədə demək olar ki, hər birimiz məlumatlıyıq. Ən son bağçalardan birində tərbiyəçinin azyaşlı uşağı vurması bu məsələyə nə dərəcədə həssas və diqqətli yanaşmağı məcbur edir. Qeyd olunan hadisələrin ictimaiyyət tərəfindən xoş qarşılanmaması, müxtəlif vasitələrlə öz etirazlarını bildirməsi normal haldır. Çünki uşaq və yeniyetmələlərə qarşı kobud davranışlar göstərən, onları təhqir edən, vuran şəxslər sıradan bir insan deyil, müəllimdir.
Dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq hər zaman müəllim peşəsi müqəddəs peşələrdən biri hesab olunur. Təhsil müəssisəsində pedaqoq uşaqların psixi və somatik sağlamlığına təsir göstərən əsas fiqurlardan biri, bəlkə də birincisidir. Təhsildə sağlam mühitin yaradılmasında müəllimin həm dərs zamanı, həm də dərsdən əlavə fəaliyyət zamanı şagirdləri ilə konstruktiv qarşılıqlı əlaqələr qurmaq bacarığı əsas rol oynayır.
Əfsuslar olsun ki, son günlərdə baş verən bu xoşagəlməz hadisələr ilk deyil. Bəzi hadisələr barədə məlumat ala bilsək də, buna bənzər yetərincə anoloji hadisələr baş verməkdədir. İstər bağçalarda, istərsə də məktəblərdə müəllimlər tərəfindən müxtəlif formalarda fiziki və psixoloji şiddət hallarına rast gəlirik. Şagirdi döymək, onlara xəsarət yetirmək, mütəmadi təhdid altında saxlamaq, təhqir etmək və ləyaqətini alçaltmaq, açıq-aşkar mənfi münasibət göstərmək, kimi nüansları misal göstərə bilərik. Müəllimlərin bu cür davranışları zərərçəkən şəxslərdə həyatlarının sonrakı mərhələlərində fəsadlarını göstərir.
Fiziki şiddətin yaratdığı nəticələr təkcə fiziki fəsadlarını deyil, psixoloji fəsadlarını da göstərir. Sinifdə, auditoriyalarda başqalarının arasında döyülən, təhqir, tənqid edilən uşaq və yeniyetmələrin psixoloji vəziyyətində dəyişikliklər olur, özgüvəni aşağı düşür, özünün yalnız, dəyərsiz hiss etməyə, qorxu və narahatlıq içində getdikcə daha çox özünə qapanmağa başlayır. Bu vəziyyəti müşayiət edən utanc və günahkarlıq duyğuları isə insanın özünü ətrafından təcrid etməsinə, tənhalığa və ümidsizliyə səbəb olur, aqressiya, natamamlıq kompleksi, stress, depressiv halları ortaya çıxarır.
Fiziki şiddətin yaratdığı psixoloji fəsadlar uşaqların təfəkkür, yaddaş, qavrama, diqqət, təxəyyül kimi idrak proseslərinə, həmçinin sosial və əxlaqi dəyərlərinin düzgün formalaşmasına mənfi təsir göstərir. Müşahidələr göstərir ki, baş verən hadisələr nəticəsində zərərçəkən uşaqlar bacarıqlarını daha az göstərirlər və onların sosial səriştəliliyi aşağı olur, səhhətində dəyişikliklərə səbəb olur, bağçaya, məktəbə qarşı soyuyurlar.
Bir daha bu hadisələrlə qarşılaşmamaq üçün pedaqoqların seçim mərhələsində daha diqqətli olmalı, həssas yanaşılmalıdır. Müəllim tərəfindən edilən şiddət faktlarının azaldılması üçün məktəbdə psixoloji işin düzgün təşkil olunması və psixoloqun müəllimlərlə işləməsi vacibdir. Bununla yanaşı mütəmadi olaraq müəllimlərlə psixoloji diaqnostikalar, testlər keçirilməli, onlar üçün psixoloji təlim və seminarlar təşkil olunmalıdır. Həyata keçirilən maarifləndirmə işlərini daha da sürətləndirməli, Bakı və digər böyük şəhərlərlə kifayətlənməməli, bütün ölkə üzrə maarifləndirmə fəaliyyəti davam etdirilməlidir.
Bununla əlaqədar müəyyən işlər həyata keçirilməlidir. Pedaqoq kimi fəaliyyət göstərmək istəyən şəxslərin nəzəri bilikləri ilə yanaşı, psixoloji hazırlıq mərhələlərinə də xüsusilə diqqət artırılması gələcəkdə baş verə biləcək mümkün hadisələrin azalmasına gətirib çıxara bilər. Günümüzün təcrübəsi göstərir ki, bəzən kifayət qədər savadlı mütəxəssis psixoloji olaraq təhsil müəssisəsində fəaliyyət göstərmək üçün hazır olmur. Auditoriyanı idarə etməmə, özünü qarşısındakına sevdirə bilməmə və digər hallardan ortaya çıxan stress, səbrsizlik nəticəsində müəllim müxtəlif fiziki və psixoloji üsullarından istifadə etməyi üstün tutur, bununla nəyəsə nail olmaq istəyir. Bu səbəbdən də kadrların seçilməsi, onların psixoloji hazırlıq məsələsinə daha ciddi diqqət və nəzarət etmək labüddür. Əks halda ölkəmizin, cəmiyyətimizin sağlam gələcəyini şübhə altına atmış olarıq.
Təranə Paşayeva
"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri
"Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri
Psixologiya üzrə fəlsəfə doktoru
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
SOSİAL
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib