'Tahir İmanov Nardaranda lüks villa tikdirib, xalqı təhqir edir" - İDDİA

'Tahir İmanov Nardaranda lüks villa tikdirib, xalqı təhqir edir
7NEWS.az xəbər vedir ki, bu barədə tanınmış jurnalist İlkjn Muradov şərh paylaşıb: "Tahir İmanovdur… Video paylaşıb ki, bizimkiləri çimərlikdə necə tanımaq olar? Dəniz kənarının zibillənməsi, manqal və maşını suyun kənarında saxlamağı "nümunə” kimi göstərir, lağ-lağı edir.
Tahir bu videonu Nardaran çimərliyində çəkib. Özünün burada ləpədöyəndən 200-300 metr kənarda villası var. Həmin lüks villanı ötən il yekunlaşdırıb. 
Burdan Tahir İmanova demək istəyirəm ki, artlislik eləmə və bir az da döz. Onsuz da həmin çimərliyi Emin Ağalarov alıb. Obyektlər sökülün, cəmi 2 il sonra o çimərliyə giriş tam bağlanacaq və ancaq sizin kimi yüksək "mədəniyyətli” insanlar gedəcək. İndi boş qalan bəzi yerlərə maşınla getmək olur. 
Başqa bir məsələ, ay Tahir İmanov niyə bura xalq çimərliyi olmadı? Niyə həmin dəniz kənarını rəsmi qurumlar nəzarətdə saxlamır? Bu məsələni müzakirəyə çıxara bilmirsən? Xalqı tənqid etməyə nə var? Duxun çatırsa, hökuməti tənqid elə ki, niyə ən gözəl çimərliyi Eminə satıb? Niyə Şıxovun mazutlu çimrəliyində guya "xalq çimərliyi” yaradırlar?"

Xəbər lenti