Şuranın dəstəyi ilə yaradılan BLOGUM.az saytı Bakıda təqdim edildi – FOTOLAR

Şuranın dəstəyi ilə yaradılan BLOGUM.az saytı Bakıda təqdim edildi – FOTOLAR

"Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək" İctimai Birliyi (AYAK) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bloggerliyin innovativ inşkişafı mərkəzi layihəsinə start verib.

Layihə çərçivəsində nəzərdə tutulan təqdimat mərasimi Bakıda baş tutub.

Gənclər evində reallaşan tədbiri giriş sözü ilə açan media ekspert Hacıbəy Heydərli layihə barədə məlumat verdi.

Sonra AYAK-ın həmtəsisçisi, layihənin koordinatoru Zahir Əzəmət çıxış edərək layihənin əhməiyyətindən və texniki özəlliyindən bəhs edib: "Layihənin əsas məqsədi cəmiyyəti bloggerliyin mahiyyəti, funksionallığı və əhəmiyyəti ilə bağlı maarifləndirməkdən ibarətdir. Artıq layihə çərçivəsində sosial şəbəkədə SƏHİFƏ yaradılıbdır. Biz layihə çərçivəsində bloggerlik nəzəriyyəsi ilə bağlı cəmiyyəti maarifləndirməyi, əhali arasında bloggerliyi təbliğ etməyi, bloggerliyin müasir dünyamızdakı rolunu izah etməyi, bloggerliklə bağlı beynəlxalq təcrübəni ölkəmizə tətbiq etmənin yollarını araşdırmağı, milli məfkurəyə əsaslanan yeni nəsil bloggerlər yetişdirməyi qarşıya məqsəd kimi qoymuşuq. Bizə dəstək olduqlarına görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edirəm”

Editor.az saytının rəhbəri Fərid Şahbazlı isə çıxış edərək bu sahədə topladığı təcrübəni iştirakçılarla bölüşüb.

Xalq.az saytının rəhbəri Zaur Mirzəzadə çıxışında bloggerliyin inkişadında innovasiyalardan yararlanmağın vacib olduğunu dedi.

Daha sonra Bax.tv saytının rəhbəri Seymur Teymurov çıxış edərək layihənin yeni nəsil bloggerlərin yetişməsində mühüm rol oynayacağını dedi.

Sonra layihə çərçivəsində yaradılan Blogum.az saytının elektron proqram təminatı ilə bağlı geniş məlumatlandırma prosesi həyata keçirildi.












Xəbər lenti