Şura “İnnobank” İdeya və Elektron Resurslar Xidmətinin təqdimatını keçirib
02 İyul 2019, 20:29
02 İyul
2019
20:29
2001
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası SƏLİS çərçivəsində hazırladığı "İnnobank” İdeya və Elektron Resurslar Xidmətinin təqdimatını keçirib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, "İnnobank” İdeya və Elektron Resurslar Xidməti ictimai əhəmiyyətli ideyaları toplamaq, QHT sektorunda çalışanların potensialını üzə çıxarmaq, onların bilik və bacarığını artırmaq, QHT-lərin fəaliyyəti haqqında məlumatları ictimailəşdirmək və onların elektron bazasını yaratmaq məqsədilə yaradılıb.
Şuranın beynəlxalq əlaqələr bölməsinin rəhbəri Toğrul Məmmədli "İnnobank” İdeya və Elektron Resurslar Xidməti haqqında geniş təqdimatla çıxış edib.
"İnnobank” beş xidmət bankını özündə birləşdirir: İdeya bankı; Ekspert və kadr bankı; Könüllü bankı; Təlimçi bankı və Hesabat bankı. "İnnobank”ın xidmətlərindən istifadə etmək və məlumat yerləşdirmək üçün hər bir istifadəçi innobank.az saytında qeydiyyatdan keçməlidir.
"İdeya bankı”nda vətəndaşlar, dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar və QHT nümayəndələri tərəfindən ictimai əhəmiyyət kəsb edən yeni ideyalar toplanır. Bankda toplanan ideyalar QHT və digər istifadəçilər üçün açıq olacaq, onlar dövlət qurumları və beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq çərçivəsində bu ideyalardan istifadə edə biləcəklər. Bunun üçün hər bir vətəndaş və QHT nümayəndəsi "İnnobank”da "İdeya bankı” bölməsinə daxil olaraq ideyalarını yerləşdirə bilər. "Ekspert və kadr bankı”nda QHT sektorunda fəaliyyət göstərən, müvafiq bilik və bacarığa malik olan şəxslər haqqında məlumat toplanacaq. Burada toplanan məlumatlardan təkcə QHT-lər deyil, eyni zamanda, digər dövlət qurumları və özəl şirkətlər də yararlana bilərlər. Bu bankda ekspert xidməti göstərən şəxslər barədə məlumatlar toplanacaq. İstənilən ekspert özü haqqında məlumatı "İnnobank”da qeyd olunan sahələr üzrə yerləşdirə biləcək. Ekspert xidmətindən istifadə etmək istəyən qurumlar və şəxslər bu bankın "Ekspertə müraciət et" bölməsinə daxil olaraq ekspertlər barədə məlumatlardan və onların xidmətlərindən istifadə edə bilər.
"Könüllü bankı”nda QHT, dövlət qurumları, bələdiyyə və özəl sektorda könüllü kimi çalışmaq istəyən şəxslər barədə məlumatlar toplanacaq. Könüllü olmaq istəyən şəxs qeydiyyatdan keçdikdən sonra "Könüllü ol” düyməsini seçərək özü haqqında məlumatları (CV, diplom, sertifikat və s.) daxil edəcək. Könüllü xidmətindən istifadə etmək istəyən qurumlar və şəxslər bu bankın "Könüllüyə müraciət et" bölməsinə daxil olaraq könüllülər barədə məlumatlardan və onların xidmətlərindən istifadə edə bilərlər.
"Təlim bankı”nda QHT-lərin ehtiyac duyduğu təlimlər və təlimçilər haqqında məlumatlar toplanacaq. Bunun üçün QHT-lər ehtiyac duyduqları təlimlər haqqında mövzuları "Təlim üçün müraciət et" bölməsində, təlimçilər isə özləri və təlim mövzuları haqqında məlumatları "Təlimçi" bölməsində yerləşdirəcəklər.
"Hesabat bankı”nda QHT-lər müxtəlif donorların dəstəyi ilə və müstəqil şəkildə həyata keçirdikləri fəaliyyətləri barədə illik hesabatlar yerləşdirə bilərlər. Bu hesabatlar QHT-lərin fəaliyyətində şəffaflıq, aşkarlıq və səmərəlilik əmsalının ölçülməsi baxımından ictimaiyyət üçün açıq olacaq.
Toplantıda çıxış edən QHT rəhbərləri Telman İsa, Cəsarət Hüseynzadə, Aqil Camal və digər şəxslər "İnnobank”ın əhəmiyyətini vurğulayaraq fikir və təkliflərini səsləndiriblər.
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SOSİAL
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SOSİAL
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SOSİAL
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
SOSİAL
“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib