Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
27 Fevral 2019, 11:21
27 Fevral
2019
11:21
2229
"Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində 2019-cu ilin fevralın 26-da Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən Strasburqda Xocalı qətliamının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.
Daimi nümayəndəlikdən Trend-ə verilən məlumata görə, Strasburqun tarixi "Motsart” konsert salonunda baş tutmuş tədbirdə Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpus, Strasburqun akademik dairələri və yerli ictimaiyyətin nümayəndələri, habelə Strasburq Universitetində təhsil alan tələbələrimiz və diasporumuzun təmsilçiləri iştirak ediblər.
Anım tədbirində çıxış etmiş Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı faciəsi haqqında iştirakçılara məlumat verərək, onun müasir Azərbaycan tarixi, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən ağrılı və qaranlıq səhifələrindən biri olduğunu diqqətə çatdırıb. O, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan hərbi birləşmələri tərəfindən işğalı nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salındığını vurğulayıb. Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni birləşmələri tərəfindən günahsız sakinlərə qarşı soyqırım aktının törədildiyini bəyan etmiş daimi nümayəndə qeyd edib ki, nəticədə 613 nəfər, o cümlədən qadın, uşaq və ahıllar amansızlıqla qətlə yetirilib.
XX əsrin sonunda bu cür vəhşiliklərin qəbuledilməz olduğunu söyləyən F.İsmayılov beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanması, eləcə də Xocalı soyqırımı qurbanlarına münasibətdə ədalətin bərpa olunmasında daha qətiyyətli mövqe tutmağa səsləyib. O, bu xüsusda dünya ictimaiyyətini Xocalı qətliamı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının əhəmiyyətini xüsusilə vurğulayıb. F.İsmayılov çıxışına Xocalı qurbanlarıının xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirmiklə yekun vurub.
Daimi nümayəndənin müraciətinin ardınca Xocalının günahsız qurbanlarının əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükütla yad edilib.
Sonda tədbir violonçel ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıx və pianoçu Səidə Zülfüqarovanın ifasında soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinin yer aldığı bədii proqramla davam etdirilib.
Bundan əlavə, tədbirə qatılmış bütün iştirakçılara Xocalı qətliamı və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat təqdim edən broşuralar paylanıb.
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
GÜNDƏM, DÜNYA, SİYASƏT
ABŞ, İngiltərə və Avstraliya hərbi blokda birləşdi: Yeni ittifaq hansı vəzifələri həll edəcək?
-
GÜNDƏM, DÜNYA, SİYASƏT
İtalyan senator: Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında dialoqun təşviq edilməsi üçün yeni təşəbbüslər irəli sürüləcək
-
GÜNDƏM, DÜNYA, SİYASƏT
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
-
GÜNDƏM, DÜNYA, SİYASƏT
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
-
GÜNDƏM, DÜNYA, SİYASƏT
Pakistanlı nazir: Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyimiz dəstək davam edəcək
-
GÜNDƏM, DÜNYA, SİYASƏT
Qarabağdakı etirazlar Saakyanı qorxuya saldı, dərhal İrəvanı köməyə çağırdı