Bakıda hündürmərtəbəli binada yanğın baş verib.
7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında qeydə alınıb. Yanğın 18 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzillərin birində müydana gəlib.
Əraziyə yanğından mühafizə qüvvələri cəlb olunub. Bina sakinlərinin təxliyyəsinə başlanılıb.
Yanğının səbəbləri araşdırılır.