Şamaxıda terapevtlər üçün kurs təşkil edilib

Şamaxıda terapevtlər üçün kurs təşkil edilib

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının əməkdaşları Marmara Universitetinin ailə təbabəti kafedrasının professoru Mehmet Akman ilə birlikdə Şamaxıda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həyata keçirilən "PROAKT-qayğı təlim proqramı: İlkin səhiyyədə xronik xəstəliklərin idarə olunması” kursunda təlimçi qismində iştirak ediblər.

İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, kursun əsas məqsədi "Kardiometabolik riskin qiymətləndirilməsi və hipertenziyanın idarə olunması” ilə əlaqəli bilik və bacarıqları inkişaf etdirmək, ağırlaşmaların riskini azaltmaq və arterial təzyiqə nəzarətin yaxşılaşdırılması üçün lazım olan bacarıqları formalaşdırmaqdan ibarət olub.

İnstitutun terapiya kafedrasının dosentləri Natəvan İsmayılova və Nərgiz Hüseynova, assistent Ağabacı Musayeva kursda müxtəlif mövzularda təqdimatlarla yanaşı ilkin səhiyyə işçiləri və qurumlar arasında qarşılıqlı əlaqə və ünsiyyəti artırmaq məqsədilə qarışıq qruplarda təlimlər aparıblar.

Xəbər lenti