Rusiya-Ermənistan birgə təlimləri nəyə xidmət edir?
16 İyul 2019, 12:03
16 İyul
2019
12:03
2010
Rusiya və Ermənistan bu yaxınlarda iri hərbi təlimlər keçirməyi planlaşdırır. Təlimlərin məqsədi nədir? Regiona təsirləri necə olacaq? Niyə Rusiya Minsk qrupunun üzvü olduğu halda bu təlimlərin bir parçası olur?
Oxu.Az-ın suallarını hərbi-siyasi icmalçı Ramil Məmmədli cavablandırır:
– Rusiyanın Ermənistanla irimiqyaslı hərbi təlimlər keçirməkdə məqsədi nədir?
– Əvvəlcə onu xatırlatmaq lazımdır ki, Ermənistan Rusiyanın SSRİ dağıldıqdan sonra yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, ərazisində Rusiyaya məxsus üç iri hərbi baza saxlayır, xarici ölkələrlə olan sərhədlərini rus əsgəri qoruyur.
Bundan başqa, Ermənistan ordusunun bütün texnikası, silah və sursat arsenalı Rusiya vasitəsilə təmin olunur. Hesab edirəm ki, sadaladığım bu kiçik misal Ermənistanın Rusiya ilə hərbi və hərbi-siyasi münasibətlərinin hansı səviyyədə olmasının bariz nümunəsidir. Bu baxımdan, Rusiya ilə Ermənistan hərbi birləşmələrinin birgə irimiqyaslı təlim keçməsini də həmin iki ölkə arasındakı mövcud münasibətlərin məntiqi nəticəsi hesab etmək olar.
O ki qaldı bu təlimlərin keçirilməsində məqsədə, vəziyyət aydındır. Rusiya öz təbəəliyində olan ölkənin - Ermənistanın müdafiə imkanlarının güclü olmasını istəyir. İllərdir regionda hərbi balans bu şəkildə idarə olunub. Kremldə belə hesab edirlər ki, Ermənistanın hərbi imkanlarının güclü saxlanılması Qafqazda balansın pozulmasına mane olur.
Daha doğrusu, Rusiya Qarabağı Ermənistan vasitəsilə öz nəzarətində saxlayır. Lap dəqiqi, Azərbaycan Qarabağ münaqişəsinə görə Moskva ilə kəskin danışa bilmir. Bir qədər də dəqiqi desək, Rusiya həm Azərbaycana, həm də Ermənistana Qarabağ kartı ilə təsir, təhdid və digər təzyiqlər göstərə bilir. Yuxarıda qeyd etdiyim kimi, məqsəd Cənubi Qafqazda həm öz mövqelərini qoruyub saxlamaq, həm də təsir rıçaqlarını artırmaqdır.
Bu irimiqyaslı təlimlərlə Rusiya bölgədə mövcudluğunu dünyaya bəyan edir. Azərbaycan da buradan öz payını götürür. Bu reallıqdır və istənilən qədər inkarolunmaz faktlar sadalamaq olar.
– Minsk qrupunun üzvü olaraq, Rusiyanın bu kimi addımlar atması nə dərəcədə doğrudur?
– Dünyanın idarəçiliyində "doğrudur” yanaşması yoxdur. Məgər ABŞ İraqa və ya digər ölkələrə hərbi müdaxilə edəndə özünün doğru olub-olmadığını düşünmüşdümü?! Əlbəttə, xeyr. Bu baxımdan, Rusiya üçün də bu anlayış yoxdur. Rusiya öz maraqlarına harada zidd hərəkət görürsə, beynəlxalq qanunlar o qədər də əhəmiyyətli hesab olunmur.
1990-cı illərin əvvəllərində Moskvadan hansı təzyiqlərlə qarşılaşdığımızı gərək unutmayaq. O ki qaldı Rusiyanın ATƏT-in Minsk qrupunun üzvü kimi belə addım atmasına, ruslar bunu özləri üçün doğru hesab edirlər.
Ermənistanı himayə etmələrini və hərbi dəstək verdiklərini gizlətmirlər. Bundan başqa, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazilərini azad etmək haqqını da tanımırlar. Hüquq güclünün tərəfindədir. Amma beynəlxalq hüquqa görə vasitəçilik missiyasını öz üzərinə götürmüş ölkə münaqişə tərəflərinə dəstək verə bilməz. Hərbi-texniki yardım isə yolverilməzdir.
– Demək olar ki, hər il Rusiya Ermənistanla hərbi təlimlər keçirir, ancaq analoji təlimlər Azərbaycanla keçirilmir. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
– Azərbaycanın Rusiya ilə hərbi sahədə əməkdaşlığı MDB çərçivəsində imzalanan Kollektiv Təhlükəsizlik Müqaviləsi ilə tənzimlənir. Bundan başqa, ikitərəfli hərbi-texniki əməkdaşlığımız da mövcuddur ki, bunun nəticəsində iki ölkə arasında silah və texnika sahəsində satınalmalar həyata keçirilir.
Birgə təlimlərin keçirilməməsinin səbəbi hərbi müttəfiqliyimizin olmamasıdır. Azərbaycan Rusiya ilə hərbi müttəfiq deyil. Azərbaycan 1994-cü ildə KTMT-yə üzv olmaqla bağlı bu müqaviləni imzaladı. 1999-cu ildə Azərbaycan müqavilənin müddətini artırmadı. Yəni Azərbaycan işğalçı Ermənistanın da üzv olduğu hərbi blokda təmsil olunmaqdan imtina etdi. Bununla paralel isə ölkəmiz NATO ilə əməkdaşlığa üstünlük verdi və bu gün də həmin proses davam etdirilir.
Azərbaycan dövləti Şimali Atlantika Bloku - NATO ilə birgə təlimlərdə, sülhməramlı missiyalarda iştirak edir və ordumuz öz inkişafını NATO standartlarında görür.
– Bu kimi məsələlər Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı təsirləri göstərə bilər?
– Əlbəttə ki, Ermənistanın bu şəkildə himayə edilməsi, Rusiya tərəfindən bütün meyarlar üzrə hərbi və hərbi-texniki dəstəyin verilməsi münaqişənin həllinin qarşısını alır. Azərbaycan öz ərazilərini terrorçulardan, separatçılardan və işğalçılardan təmizləyə bilmir.
Nəticədə, münaqişənin həlli dərinləşir və sülh yarada biləcək bütün istiqamətlər bağlanır. Hesab edirəm ki, vasitəçilik missiyasını üzərinə götürən dövlətlər işğala məruz qalan ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmalı, işğal faktını aradan qaldırmalıdır ki, gələcəkdə hərbi əməliyyatlar aktiv fazaya keçməsin.
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR