“Qida təhlükəsizliyinə həsr olunan tədbirlərin təşkili” layihəsi çərçivəsində Gəncədə təqdimat reallaşdı – ŞURANIN DƏSTƏYİ İLƏ (FOTOLAR)

“Qida təhlükəsizliyinə həsr olunan tədbirlərin təşkili” layihəsi çərçivəsində Gəncədə təqdimat reallaşdı – ŞURANIN DƏSTƏYİ İLƏ (FOTOLAR)

 

"İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (İMD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qida təhlükəsizliyinə həsr olunan tədbirlərin təşkili” layihəsinə start verib.

Layihə çərçivəsində nəzərdə tutulan ilk təqdimat mərasimi Gəncə şəhərində baş tutub.

Tədbiri giriş sözü ilə açan Gəncə Gənclər evinin direktoru Amil Qurbanov bu kimi layihələrin regionlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini dedi.  

Sonra İMD-nın sədri Emil Əkbərov layihə barədə geniş məlumat verib: "Layihənin əsas məqsədi cəmiyyəti qida təhlükəsizliyinin əsas aspektləri ilə bağlı maarifləndirməkdən ibarətdir. Bundan başqa biz Qida təhlükəsizliyi ilə bağlı istehsalçıları maarifləndirmək, əhali arasında "sağlam qida” şüarının məntiqi "açarını” təbliğ etmək, qida təhlükəsizliyi prinsiplərinin pozulacağı təqdirdə cəmiyyətə dəyən zərərin elmi izahını vermək, qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəni ölkəmizə tətbiq etmənin yollarını araşdırmağı qarşıya məqsəd kimi qoymuşuq. Uzun müddətdir ki, biz bu sahədə mühümişlər görmək istəyirdik. Layihə çərçivəsində sayt və müsahibələrdən ibarət 20 dəqqiqəlik viderolik hazırlanıb. Bizə dəstək olduqlarına görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edirəm”

Daha sonra araşdırmaçı jurnalist Zahir Rəhimov və internet-media ekspert Səbuhi Abbasov çıxış edərək layihənin əhəmiyyətindən danışdılar.

Sonda layihə çərçivəsindı hazırlanmış 20 dəqiqəlik informativ videorolik təqdim olunub.














Xəbər lenti